adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Avqust 2019 12:51
11394
MƏMLƏKƏT
A- A+

Yardımlı dağlarında yanğın - FHN helikopter göndərdi

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.