adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Avqust 2019 10:00
10874
MƏMLƏKƏT
A- A+

Qubadakı ağır qəzada ölən və yaralananların - ADLARI

Quba-Nügədi yolunun Rustov kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzada ölən və yaralananların adları bəlli olub.

Kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyev avtomobillə vurulub.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov azyaşlını, valideynlərinivə nənəsini öz avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına apararkən avtomobili ağaca çırpılıb.

Nəticədə, üçuşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, dördyaşlı uşaq isə xəstəxanaya çatdırılan kimi ölüb.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, qəzada yaralanan üçnəfərQuba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib:

"31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı, 34 yaşlı Yaşar Kərimov, qayınanası 59 yaşlı Leysan Kərimova Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Baş həkimin bildirdiyinə görə, vəziyyətləri orta ağırdır".(oxu.az)