adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Avqust 2019 09:48
19718
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: UZAQLAŞIM...

Yoruldum - bitməyən dərddən
Bu ölüb - itməyən dərddən...
Uzağa getməyən dərddən -
Bəs mən necə uzaqlaşım?..

İçimdə söylənib, durdum
Kim idim? - öyrənib durdum...
Mən qəmi göy dərib durdum -
İndi necə uzaqlaşım?...

Qoymadım günüm gün olsun
İstəyim dönüb kin olsun!
Allah, kaş yuxum çin olsun -
Qoş bir köçə, uzaqlaşım...

Kül altda közüm ağlasın...
Dil altda sözüm ağlasın...
Ölümü özüm ağlasın -
Bir " heç -heçə" uzaqlaşım...