adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Avqust 2019 15:36
5884
HADİSƏ
A- A+

Ana dəcəl övladını zəncirlədi, polis xəbərdarlıq etdi

Sosial şəbəkələrdə və bəzi yerli saytlarda Nəsimi rayonu, Cavadxan küçəsi bina 56-da azyaşlı oğlan uşağının ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat yayılıb.

19-cu Polis bölməsi faktı təsdiq edib və məsələyə aydınlıq gətirilib.

"Sosial şəbəkədə yayılan foto barədə 19-cu Polis bölməsinin əməkdaşları hadisə yerinə gediblər və məlumat öz təsdiqini tapıb. Uşaq polislərə bildirib ki, anası və xalası tərəfindən onu döyməyiblər, sadəcə, ayağına zəncir vurublar ki, evi tərk etməsin.

Məlum olub ki, uşağın anası işləyir, uşağıevdə saxlamaq üçün onun ayağına zəncir vurub. Səbəb kimi uşağın dəcəl olması göstərilir", - məlumatda deyilir.

Polis əməkdaşları anaya uşaqla bu cür rəftarın qanunsuz olduğunu bildirib və ona xəbərdarlıq ediblər.(oxu.az)