adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Avqust 2019 15:10
9095
HADİSƏ
A- A+

İsmayıllı sakinindən tüfəng götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, avqustun 20-də İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pirəbilqasım kənd sakini Barat Əhmədovdan müvafiq sənədləri olmayan 1 ədəd "Tula” markalı, 20 çaplı, qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.