Faiq QİSMƏTOĞLU: LAP AĞ ELƏYİBLƏR EY...

FAİQ QİSMƏTOĞLU
40346 | 2019-08-21 14:22

... Vallah,bu qəzetləri, bu saytları oxumalı deyilik.Elə şey yazırlar ki, adamın ayağının altından yer qaçır və qalırsanmat-məəttəl. Məsələn, bir neçə gün bundan əvvəl saytlardan biri yazır ki, bəsfilan icra başçısının Bakıda müxtəlif yerlərdə 23 villası var. Əksər rayonlardaimarətləri, təsərrüfatları 2000-dən çox camışı, qoyun-quzusu... Hələ biz onudemirik ki, o saytların yazdıqlarına inansaq, onun nə qədər taxıl sahələri,biznes şəbəkələri, hotelləri fəaliyyət göstərir. Bax, adam burda bu deyilənlərətəəccüblənir və inana bilmirik ki, bir başçının bu qədər böyük var-dövləti olar?!Lap bəzi qəzet və saytlar da ağ eləyib ey!..

Elə yekə-yekəyalanlar yazırlar ki, adam o yazılanları oxuyanda gözü böyüyüb olur dünyaboyda. Və qalırsan qəribə-qəribə hadisələrin içində. Belə çıxır ki, elə icrabaşçılarının bir çoxu, nazirlərin bir çoxu, millət vəkillərinin bir çoxu bu ölkəniçapıb-talamaqla məşğulıdur. Yoxsa halal zəhmətlə bu boyda işləri necə görməkolar? Bir nazir büdcəni dağıdır, bir icra başçısı rayonu söküb üstünü altınaçevirir, bir rəis də qaz vurub qazan doldurur. İndi gəl camaatı inandır ki,balam, bizdə icra başçıları, nazirlər, nə bilim rəislər təmiz işləyirlər.Bir-iki milyonluq villanı, malikanəni heç vaxt əmək haqqı ilə, halal zəhmətlətikmək olmaz. Bəlkə kimsə tikə bilər, deyə bilmərik. Əgər halal yolla tikibsə,halal xoşu olsun!

Bizim kənddəBəhram kişi vardı. Düz 30 il Bəhmənlidə poçtun müdiri işləyib. Heç kim deyəbilməz ki, Bəhram kişi kimdənsə 5 manat pul umub. Hətta bəziləri əlaçıqlıq edibbir-iki manat qoyub gedəndə Bəhram kişio pulu geri qaytarıb. Pulu götürməyənin dalınca o pulları tolazlayıb. O 30 ildəqış vaxtı cəmi bir "qalınça” geyinərdi. Elə ömrünün sonuna qədər də o qalınçanıgeydi. Dünyasını dəyişəndə Bəhmənlidə hamı təmiz və gözəl kişiyə görə, məyusoldu. Yəni təmiz ad, təmiz həyat onun devizi idi və həyatını da o cür görürdü...

İndi dəelə vəzifəli şəxslər var ki, həyatını villaların, malikanələrin, böyük biznes şəbəkələrininiçində görür. Nə qədər var-dövlət qazansalar da gözləri doymur ki, doymur. Bu qədərbahalı villalar var ey, heç biri Həsənqulu kişinin deyil. Hamısı nazirlərin,icra başçılarının və digər vəzifəli şəxslərindi. Bu qədər varı, dövləti vallah,halal yolla qazanmaq mümkün deyil.

Elə dövlətinbüdcəsini də dağıdanlar, milyardları mənimsəyənlər sayı-hesabı bilinməyən villavə biznes sahibləridir. Onların isə hələ ki, heç kəs qarşısını ala bilmir. Akişinin oğlu, bir adamın nə qədər evi-eşiyi olar? Bir adamın nə qədər maşınıolar? Bir adamın nə qədər hoteli, istirahətmərkəzi, tay nə bilim nəyi olar?

Bəziİcra başçıları rayonlarda özlərini kiçikpadşah kimi aparırlar. Sanki rayonlar onların dədəsinin mülküdü və əmlakıdı.İstədiyi adamın əlindən mülkünü, obyektini və hətta əkin sahəsini alırlar. Hamıda yaxşı bilik ki, rayonda icra başçısnın sözü daşdan keçir. Bir-iki nəfər dədüz söz deyəndə başçı onun başına elə oyun açdırır ki, dədəsinin toyu yadınadüşür. Dədəsinin toyu yadına düşməməyə görə, rayonda iş adamları, sahibkarlartay icra başçısı ilə qarşı-qarşıya gəlmək istəmirlər. Qarşı-qarşıya gəlsə vəicra başçısının dediyini eləməsə, nəyi varsa əlindən tutub alacaqlar.

Ay rəhmətliyinuşaqları, bir də villalar, hotellər eləonların olmalıdır da! Əgər sən də o villalara, hotellərə, istirahət mərkəzlərinəsayı-hesabı bilinməyən bahalı maşınlara sahib olmaq istəyirsənsə, gərək ondaçiyninə şahlıq quşu qona və sən olasan yağlı bir rayonda icra başçısı. Və ondaand olsun ki, indi acından ölən adamın da vəzifəyə gəlib çıxmasından sonra gözüayağının altını görməyəcək və o da az bir müddətdə dediyimiz var-dövlətə yiyələnəcək.

Qardaş,qoy olsun! Amma gərək adamın axırda bir gözü də doysun! Göz doymursa, istəyir minvilla da olsa, həmin vəzifəli şəxsin yenəgözü-orda-burda olacaq. Biz demirik ha, bütün vəzifəli şəxslər belədir.Çünki onların içərisində gözü, könlü tox, vicdanlı və namuslu adamlar da var.Yadıma böyük şair Hüseyn Ariflə bağlı bir əhvalat düşür. Hüseyn qağa gedir özrayonlarına. Prokuror, məhkəmə, rəis onun gəldiyini eşidib təbiətin qoynunda,bulaq başında şairə sazlı-sözlü bir qonaqlıq verirlər. Hüseyn qağa da bulağınşırıltısına baxır, sazın səsini eşidir, cuşa gəlir, bir-birindən gözəl şeirləroxuyur. Axırda bir şeir oxuyur, o da qonaqlıq verən adamların kefinə soğandoğrayır. Şeirin məzmunu belə olur ki, rayonu prokuror dartdı-dağıtdı, polis rəisi yağmaladı, məhkəmədə axırda onların dərisini soydu. Hüseyn qağa görür ki, tikə onların boğazındankeçmir, o dəqiqə "valı” dəyişir. Deyir ki, burda oturan prokuror da, rəis də, məhkəmədə ədalətli və gözəl, yaxşı insandı. Mən onların heç birini nəzərdə tutmuram. Mənimnəzərdə tutduğum və tənqid etdiyim başqalarıdı.

İndiHüseyn qağanın sözü olmasın, biz də təmiz və ədalətli icra başçılarını, nazirləri,rəisləri nəzərdə tutmuruq. O vəzifəli şəxsləri nəzərdə tuturuq ki, xalqı soyub,dərisinə saman təpib və belə əməllərinə görə də el-obanın gözündən düşüblər.Elin gözündən düşməkdən ağır cəza yoxdur...


TƏQVİM / ARXİV