adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Avqust 2019 09:22
25202
SİYASƏT
A- A+

Şəhidin dəfni ilə bağlı üç fərqli baxış: Kim haqlıdır?

"Müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan sabah keçiriləcək vida mərasiminə qatılmamağı xahiş edirik".

Bu sözləri Axar.az-a açıqlamasında pilot R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. O, R.Atakişiyevlə vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayıb:

"Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər".

**

Rəbiyyə Zərdabi: "Onlar artıq bizim də Balalarımızdır

Bu Xalqın savadlı...oxumuş...amma bizdən olmayanlarına cox yazığım gəlir...Ta söz tapa bilmirəm eyyy...Ay Qabil Müəllim...ay savadına hər zaman hörmət etdiyimiz Ziyalı...Yas yeri həm Sizin, həm də Bizimdir...Rəşad üçün 28 gündür göz yaşı tökənlərindir...Bu dərdin nə iqtidarı...nə müxalifəti... Eldən oğul gedib...və Şəhid olub...Yaman inanıram ki, mən helə fikir söyləməmişəm deyəcəksiniz...Çünki elə dərdlər var ki el bir olmalıdır..Olmasa Millət kimi məhv olarıq...Çox təəssüf edirəm ki, Azərbaycanda deyiləm...yoxsa ilk növbədə mən o İgid oğulun dəfn mərasiminə gələrdim....Sağlamlığımı bərpa edib məzarına gələrəm və gəlməliyəm.

Söz Vaxtına Çəkər..Elə bu ərəfələr idi....Xərçəng xəstəliyindən əziyyət cəkirdim...yeni əməliyyat olunmuşdum...Elçibəy vəfat etmişdi....Mənim də bir vəfa borcum var idi Elçibəyə....Ağır vəziyyətdə olsam da getdim dəfnə...Və öz Xalqımla qürür duydum.

Elçibəyin dəfni günü yaman isti idi...avqust yeri-göyü yandırırdı...O qədər isti idi ki, bir yerə oturub başıma su tökmək istəyirdim...Qızım Nərgiz də yanımda idi...Uşaq ağlı ilə dedi, suyu qurtarma...hələ yolumuz çoxdur...Birdən iki şüşə su uzatdılar bizə...sağ olun deyəndə gördüm Mühsin Yazıcıoğludur...İnanın Allaha, dərd Türkiyə Böyük Millət Məclisinin bir necə Vəkilini və Xalqı birləşdirmişdi...Məni və Mühsin Yazıcıöğlunu da....Bütov Xalq əl-ələ idi.

Sonralar bu birlik haqqında Türkiyədə çap olunan Törə dərgisinə bir yazı yazdım..."Marketdəki gənc". Elçibəy üçün marketdə yük daşıyan gənc oğlan çox şeyi gözə aldı...Elçibəyin nəşinin arxasınca gedən hamıya havayı su payladı...nağd pulu yox idi...iş yoldaşlarına demişdi ki, maaşımdan çıxarsınız...Və orda bir olan İnsanları bu hərəkəti ilə çox ağlatdı.

El bir olsa, dağ oynadar yerindən....Bu gün bir olmalıyıq...Onsuz da düşmən qapıdadır...Ətimizi yeyir...torpağımızı yeyir.

Allah Şəhid Pilotumuza rəhmət eləsin...Sonsuzluq yuxusu CƏNNƏTLİK olsun...Balaları həmişə Atalarının Bütöv Azərbaycan Xalqı ilə fəxr eləsin....və təsəlli tapsın...O Balalar artıq bizim də Balalarımızdır.

**

Azər Ayxan: "İndiki vaxtında qınamaq, hətta təhqir etmək..."

Qabil Hüseynlinin kürəkəninin - pilot Rəşad Atakişiyevin dəfn mərasimi ilə bağlı çağırışı mənə Elmar Hüseynovun dəfn mərasimindən öncəki vəziyyəti xatırlatdı. O vaxt Əli Kərimli təklif edirdi ki, Elmarın tabutunu götürüb bütün şəhəri gəzdirsinlər, xalqı ayağa qaldırsınlar. Lalə Şövkət və bir neçə digər partiya sədri də bu təklifi dəstəkləyirdilər. Elmarın ölümü müxalifəti "diriltmişdi". İsa Qəmbər isə ilk gündən bu qaraguruha qoşulmadı. Və düz etdi. Meyit qalmışdı ortada, iqtidarla müxalifət arasında qırğın gedirdi. Axırda Elmarın atası Sabir Hüseynov çıxdı tribunaya, dedi, imkan verin, övladımı dəfn edim, oğlumun cənazəsiylə kimsə siyasi bazarlıq etməsin. Görünür Qabil müəllimdə informasiya var ki, sabahkı tədbirdə kimsə nəsə planlaşdırıb. Ya da planlaşdıra bilər. Gərginlik yaşanar. Adam ailəsinin üzləşdiyi faciədən kimlərinsə sui-istifadə edə biləcəyindən narahatdı. Buna görə onu indiki vaxtında qınamaq, hətta təhqir etmək yolverilməzdi.