Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
Avqustun 21-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində kimya, musiqi, riyaziyyat, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər iştirak edir.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsinin üçüncü günündə 747 namizədin iştirakı gözlənilir.
Müsahibə mərhələsinə indiyədək 1 335 namizəd qatılıb. Müsahibələr avqustun 23-dək davam edəcək.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06