adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Avqust 2019 10:19
29257
ŞOU-BİZNES
A- A+

“Ruhun şad olsun, oğul” - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı

Xalq artisti Flora Kərimova bu gün meyiti tapılan MiQ-29 qırıcısının pilotu Rəşad Atakişiyev haqqında status yazıb.

Adalet.az ölkə.az-a istinadən bildirir ki, o, Azərbaycanın Rəşadla fəxr etdiyini qeyd edib və Vətənə başsağlığı verib:

"İndi rahat uyu oğul! Səni Xəzər lay-lay deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq. Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan vətəndaşın var. Ruhun şad olsun oğul!"

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları bu gün tapılaraq dənizdən çıxarılıb.