adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Avqust 2019 09:47
8018
HADİSƏ
A- A+

Hacıqabulda "Mercedes" "KamAZ"a çırpıldı: ölən var - YENİLƏNİB

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları açıqlanıb.

Qəza nəticəsində Zaqatala rayon sakinləri -1965-ci il təvəllüdlü İsmayılov Şahin ölüb.

1989-cu il təvəllüdlü İsmayılov Vüsal Raqif oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

08:18

Hacıqabul rayonunda minik və yük avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes"markalı avtomobil qarşıda gedən "KamAZ" markalı maşınla toqquşub.

Qəza nəticəsində birnəfər ölüb, birnəfər isə xəsarət alıb.

Ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)