adalet.az header logo
  • Bakı 13°C
21 Avqust 2019 09:14
8530
GÜNDƏM
A- A+

Pilot Rəşad Atakişiyevlə vida mərasimi - FOTO

Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi evinə gətirilib.

Azvision.az xəbər verir ki, mərhumun yaxınları, pilot yoldaşları vida mərasimində iştirak etmək üçün onun Yeni Yasamaldakı evinin həyətinə toplaşıblar.

Rəsmi vida mərasimi saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində başlayacaq. Daha sonra pilotun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi ötən gün tapılaraq dənizdən çıxarılıb