adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Avqust 2019 09:34
19497
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: SORĞU..

Qürub çağına baxıb
Kövrəldiyim an olub...
O , anın içində də -
Ürəyim şan - şan olub...

Məndəki dözümə də
Oduma, közümə də...
Sevgimə, özümədə -
Vallah, inanan olub!

Bu da bir fərqli zülüm
Od kimidi, od - külüm!
Bir də görmüşəm gülüm -
Sübh sökülüb - dan olub...

Lap öndə durmalıyam...
Sinəmə vurmalıyam :
- Mən SEVGİ QURBANIYAM !-
Başqa hansı qan olub?!