adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Avqust 2019 16:40
19329
ELM VƏ TƏHSİL
A- A+

Orxana aylıq 100 manat və pulsuz yemək veriləcək

Atasının qarşı çıxmasına baxmayaraq, Azərbaycan Dillər Universitetinə qəbul olan Orxan Bağırzadəyə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən yardım ediləcək.

Ona ADU THİK tərəfindən bir semestr boyunca hər ay 100 manat təqaüd veriləcək. Bundan əlavə, pulsuz yemək talonları təqdim olunacaq, digər yardımlar göstəriləcək.

"ADU-nun oğlanlar üçün olan yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə köməklik ediləcək" - deyə bildirilib.

Qeyd edək ki, atası təhsil almasını istməsə də, 18 yaşlı Orxan Bağrzadə Azərbaycan Dillər Universitetinə qəbul olub. Tərcümə (rus-fransız) fakültəsini seçən O.Bağırzadə ödənişli əsaslarla təhsil alacaq. Onun illik təhsil haqqısı 1000 manatdır.