adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Avqust 2019 13:19
24354
MƏMLƏKƏT
A- A+

Rəşad Atakişiyev II Fəxri Xiyabanda dəfn olunacaq

Sabah mərhum pilot, polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçiriləcək.

Vida mərasimi saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində başlayacaq. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Vida mərasimində Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı gözlənilir.

Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.