adalet.az header logo
  • Bakı 13°C
20 Avqust 2019 12:27
23395
DÜNYA
A- A+

Məhkəmə Atambayevin həbs müddətini artırdı

Bişkekin Bir may rayon məhkəməsi Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin 26 oktyabra qədər həbsdə saxlanılması haqqında qərar çıxarıb.

Bu barədə sabiq dövlət başçısının vəkili Sergey Slesarev qapalı iclasın nəticələrinə əsasən "RİA Novosti"yə danışıb.

Onun sözlərinə görə, bu qərar qanunsuzdur və yuxarı instansiyalara şikayət olunacaq.

Məhkəmə iclası Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin binasında keçirilib.

Daha əvvəl, 8 avqustdapaytaxtın Bir may rayon məhkəməsi keçmiş dövlət başçısını 26 avqustadək istintaq təcridxanasına göndərmişdi. Bir həftə sonra yuxarı instansiya - Bişkek şəhər Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı.

A.Atambayev qətl və digər ağır cinayətlərin təşkilində ittiham olunur. Həmçininkeçmiş dövlət başçısı kütləvi qarşıdurmaların təşkilində, girov götürməkdə və hökumət nümayəndəsinə qarşı zorakılıqda təqsirli bilinir. Onu ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, Qırğızıstanın xüsusi təyinatlı bölmələri avqustun 7-də A.Atambayevin saxlanılması üzrə əməliyyata başlayıb. Əməliyyat eks-prezidentin Koy-Taşdakı iqamətgahında aparılıb. Hücum zamanı 136 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı həyatını itirib, 14 nəfər xəsarət alıb.