adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Düşmənlə göz-gözə, erməni qarının arabada gülməyi, cəhənnəm dəqiqələri...

REY KƏRİMOĞLU
31720 | 2013-05-07 00:19

Dost-tanışyaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara dahəmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlıbaş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər eləhey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları varki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxtyazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digərtərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasınaşəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalaninsanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərindəyaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənimbir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi busəhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gecdeyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, busəhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamiləoxunmaz hala gəlmədən...

27-ci yazı

Canyataq,Gülyataq döyüşü...

Qeyd:Canyataq, Gülyataq bizə qədər bir dəfə Qatır Məmmədin (Yaqub Rzayevin), AğdamMilis İdarəsinin tərkibində yaradılan OMON-un qüvvələri və o ərazidəki yerlidöyüşçülərimiz tərəfindən alınmışdı. Bu sözügedən kəndlərə sayca ikinci hücumidi.

İyununsonları idi. Bizi əməliyyat adı ilə Ağdam rayonunun Qalayçılar kəndinəapardılar. Orada məktəbdə Bakıdan, Şəkidən və Ağdam mədəniyyət evindən gələnmusiqiçilər, sənət adamları konsert verirdilər. Elə konsert yenicə başlamışdıki, ermənilər kəndi ağır artilleriyadan atəşə tutdular. Qarışıqlıq düşdü. Bizimkəşfiyyat dəstəsinin əsgərləri ilə batalyonun əsgərləri toplaşdıq. İndiunutmuşam, digər bir batalyon da bizimlə orada idi. A.Qəmbərov bizə bildirdiki, ermənilərin məskunlaşdığı Canyataq və Gülyataq kəndlərini ermənilərdəntəmizləmək üçün əməliyyat olacaq. Rasim Edilovun komandir olduğu və digərrotalarla birgə Canyataqla Gülyataq istiqamətinə irəliləməyə başladıq...

Rasiminqardaşı Şəfa Edilov da bizimlə idi. Elə də hündür olmayan dağın başındaermənilər mövqe tutmuşdu. Canyataq və Gülyataq o dağların arxasında yerləşirdi.Ermənilərin postuna xeyli yaxınlaşdıq və Şirin Mirzəyevsiz ilk ağır döyüşəbaşladıq...

Hücumakeçdiyimiz kəndlərin önündə səngər kimi dayanan dağların əksəriyyəti çılpaqdağlar idi. Yəni ağac yox idi, eləcə kol-kosdan ibarət idi. İyun ayının adamıyandırıb yaxan bir günü idi. Havanın istiliyinə mərmi atəşlərindən od alankol-kosun da istiliyini əlavə eləsək, vəziyyətin necə ağır olduğunu təsəvvüredin. Əsl cəhənnəm idi...

Bu azmışkimi biz üzərimizdəki güllələr, qumbaralar və silahlarla dağ yuxarıqalxmalıydıq. Adi vaxtlarda bir neçə dəfə yolboyu dayanıb asta-asta çıxılandağı indi birnəfəsə, özü də qaça-qaçaqalxmalıydıq. Biz dağın başındakı erməni postuna yaxınlaşdıqca onlar atəşi dahada sürətləndirir, erməni artilleriyasının atdığı mərmilər sağ-solumuzdapartlayırdı. Bəzən mərminin düşəcəyini hiss etsək də, macal tapıb yerə uzanabilmirdik. Çünki indi vaxtında atılan hər addımın hədəfə çatmaq üçün əvəzsizdəyəri vardı. Rasim Edilovun gənclərdən ibarət rotasının uşaqları cərgə ilədüzülüb sağımızla üzü dağa, dağın yanındakı dərəyə tərəf irəliləyirdilər. Artıqilk yaralılar var idi...

Ermənisəngərində...

Dağınbaşındakı erməni postunu heç cür susdura bilmirdik. Rasim uşaqlardan kiməsəqumbaraatanla posta yaxınlaşıb oranı vurmağı tapşırdı. İndi adlarını unutmuşam,iki nəfər dağın sağ tərəfi ilə yuxarı sürünüb erməni postuna yaxınlaşmağaçalışırdı. Onlar posta daha da yaxın olmaq üçün bir qədər də süründülər. Biridizi üstə dayanıb qumbaraatanı çiynində rahatladı və atəş açdı. Atəşi hədəfə dəymədi.Əvəzində ermənilər onları hədəfə götürdü. İndi kol-kosla yanaşı yayın buistisində dağın yamacındakı otlar da od tutmuşdu... Adam nəfəs ala bilmirdi.

Uşaqlarimkan tapan kimi ikinci dəfə qumbaraatanla erməni postunu tərəf atəş açdı. Budəfə hədəfi vurdular.

Artıqgözləmək olmazdı, təcili hücuma keçib postu tutmaq lazımdı. Bu sətirləriyazarkən xatırlayıram ki, batalyonumuzunminaatanlar dəstəsinin uşaqları da çox vaxt olduğu kimi o gün də bizimləçiyin-çiyinəydilər... Faxını, Şamili, Əlini, Amili xatırlayıram...

İrəliatılıb dağ yuxarı irəli qaçmağa başladıq. Daha həmin postdan bizi atəşətutmurdular. Dağ yuxarı elə sürətlə qaçırdıq ki, adi vaxtda yəqin ki bunubacarmazdıq.

Arada hisselədim ki, nəfəsim çatmır...Öz-özümə əmr verirdim ki, dayanaq olmaz, yalnızirəli! O zaman bütün diqqətim öndəki erməni postu-səngəri idi. Ha qaçırdıq,zəhrimara qalmış posta çata bilmirdik. Elə bil biz qaçdıqca postu da kimsə geriçəkirdi.

Nəhayətçatdıq... Özümü aypara şəkilində qazılmış səngərin bizə tərəf qalaqlanmış sarıtorpaq topasının üstünə atdım. Əslində birbaşa səngərin içinə atılmaqistəyirdim, amma gücüm buna yetdi... Qumbaraatan öz işini görmüşdü, ermənisəngərində bir neçə meyit var idi...

Amma mənbayaqdan can atdığım erməni səngərini ancaq halsız şəkildə seyr edirdim. Çünkidayanmadan dağ yuxarı qaçmağım nəfəsimi kəsmişdi, üzüqoylu necə düşmüşdümsə,eləcə də qalmışdım. Heysiz, halsız ağzıüstə uzandığım yerdə sinəm elə qalxıbenirdi ki, sanki ürəyim yerindən çıxacaqdı. Hiss elədim ki, nəfəs aldıqcatorpaq ağzıma dolur... Amma başımı qaldırmağa da taqətim qalmamışdı, boğazımıtorpaq tutmasın deyə, üzümü yana-sola çevirdim. Ürəyimin döyüntüsü qulaqlarımahavası boşalmış nağara səsi kimi gəlirdi.

Erməniəsgəri ilə göz-gözə...

Üzümü solaçevirəndə bir saqqalı erməni ilə göz-gözə gəldim. Onunla üz-üzə uzanmışvəziyyətdə biz-birimizə baxırdıq. İri, yumru saqqalı sifəti toza-torpağabulaşsa da, üzündə qan yox idi. Nədənsə hələ müharibədən çox illər qabaq-uşaqvaxtı kəndimizdə Qarqar çayında çimib sonra uşaqlıq dostum Sadayla baş-başa,üz-üzə uzanmağım yadıma düşdü...

Erməni hələölməmişdi... Əli silahında eləcə baxırdı. Mənim avtomatım isə yanımda idi. Əgərsağ olsaydı, mən onu vurana qədər o məni o dünyalıq edə bilərdi. Qəfil gözününqapaqlarının bağlandığını gördüm, sonra göz qapaqları yenə açıldı... Artıquşaqların bir neçəsi də erməni səngərində idi. Onsuz da can üstə olan oermənini öldürmədim, açığı heç onu vurmaq halında deyildim. Amma uşaqlardankimsə onun canının əzablı ağrılardan qurtardı...

R.Edilov vəəsgərləri sol tərəfdə meşənin içərisində daha bir erməni postunu aldılar...

Özümüzəgəlib erməni səngərində yaxşı mövqe tutduq. Artıq Canyataq tərəfdən ermənilərəks hücuma başlamışdılar. Onların sıraya düzülüb bizə tərəf necə gəldikləriniovuc içi kimi aydın görürdük. Bir neçə güllə atdıq, amma onlar hələ dəqiq nişanalmaq üçün güllə məsafəsindən aralı idilər. Ona görə də elə saymazyanagəlirdilər ki, elə bil harasa gəzməyə gedirlər. Bu onların sırasından birneçəsini yerə sərənə kimi davam elədi. Onlar gizlənə-gizlənə kəndin dağa tərəfolan ağaclıq hissəsinə (bizim sol tərəfimiz idi) və dağın çılpaq olan səmtinə(bizim sağ cinahımız) tərəf irəliləməyə başladılar. Dağın başındakı ermənisəngərində bir neçə əsgər qoyub irəliyə doğru hərəkət etdik.

İstinəfəsimizi kəsdiyindən sərinləmək üçün bir üsul tapmışdıq. Xəsarət alarkənilkin tibbi yardım məqsədi ilə bizəverilmiş (Futbolçular meydanda ağır zədə alanda həkimlər zədələnən əzanıkeyitmək üçün ağrıyan yerə fışqırtdıqları maddə. R.K.) 25-30 qramlıq ampuldakıkeyidici dərman dadımıza çatırdı. Bu ampulların əyri lüləyini qıran kimi oradantəzyiqlə buz kimi hava-maye çıxırdı. Bizhəmin mayeni pambığın üstünə töküb üzümüzü, sinəmizi,boynumuzu-boğazımızı sürtürdük. Bununla da bizi qarsan istiyə qarşı müvəqqətimüdafiə olunurduq.

Bu dəfəüzüaşağı gedirdik deyə, işimiz bir qədər rahat idi...Bizim sürətlə üzü aşağıyendiyimizi görən ermənilər əvvəlcədayandılar. Onlar bizim kəndə daxil olmaq istəyimizin qarşısını almağaçalışırdılar. Təxminən 25-30 nəfərlik bir dəstə açıq kolluq və qaratikanlıqolan yerdə ilişib qaldıq. Erməni də bunu görüb bizi atəşə tutmağa başladı. Biznə irəli gedə bilirdik, nə geri çünki sıx qaratikan kolları paltarımızailişərək bizi elə tutub saxlayırdı ki, tərpənə bilmirdik. Geri qayıtsaq dahaaçıq bir mövqeyə keçmiş olardıq bu isə ermənilərin bizi daha asan vura bilməsidemək idi.

Belə birqeyri-müəyyən və təhlükəli bir vaxtda yanğın bizim əraziyə də keçdi. Qaratikanvə adi kol-koslar od tutub yanırdı, tüstü aləmi bürüdü...Biz bunu tanrının bizəverdiyi fürsət kimi dəyərləndirib irəli atıldıq. Bu dəfə qaratikan kollarınınüstündən tullanaraq sürətlə kəndə tərəf irəliləməyə başladıq. Balaca bir çayaçatıb, (Sonralar bildim ki, bu Cirgiz çayı imiş) keçərək Gülyatağın ilk evinəçatdıq... Amma uzun bir binada (çox güman ki, sovxozun idarə binası idi.) mövqetutan ermənilər bizi kəndə girməyə qoymadılar. Burada xeyli üzbəüz vuruşsaq daermənilərin mövqelərini ələ keçirdə bilmirdik. Axırda uşaqlar qumbaraatanla ikidəfə atəş açmaqla o binadan atəş gələn yerləri vurduq. Ermənilərin öləni öldü,sağ qalanlar da yaralılarını götürüb geri çəkildilər.

ArtıqErmənilər Canyatağa tərəf çəkilmişdilər. Gülyatağı ermənilərdən təmizlədik.Açığı, indi həmin döyüşdə bizim və ermənilərin nə qədər itki verdiyinixatırlamıram, xatırladığım odur ki, bir neçə nəfər erməni əsir düşmüşdü.

Erməniqarını arabada apardılar

Onlarınarasında güclə yeriyən bir qoca erməni qarı da var idi. Onu evlərin birindəçarpayının altından tapmışdılar... Tutulan andan ağlamağını kəsməyən bu qarınıgeri aparmaq çətin olacaqdı. Buna görə də uşaqlar onu kənddən tapdıqları əldədüzəlmiş təkərli bir balaca arabaya (çox güman ki, ermənilər onu heyvanlar olanpəyəyə yem daşımaq üçün düzəltmişdilər) qoyub apardılar. Uşaqlar arabanı sürətlisürüb aparırdılar. Arabanın hər iki tərəfindən bərk-bərk yapışan qarınınsifətində qoxu, vahimə var idi, arada onun sifətinə bir uşaq təbəssümü çökübtez də yox oldu. Çarəsiz qarı bilmirdi ağlasın, yoxsa gülsün... Onu arabaylaçaydan keçirdib apardılar...

Yenə dəfotolar...

Uşaqlardanbir dəstəsi Gülyataqda bəzi evləri yandırmağa başladılar. Kəndin içərisindəyolların kənarı evlərdən çıxarılmış əşyalarla dolu idi. Ermənilərin illər əvvəlSərsəng su anbarında, Şuşada, Kəlbəcərdə, Laçında, Turşsuda, İstisuda vəQarabağın digər yerlərində, hələ dünyanın düz vaxtında, xoşbəxt anlarınıxatırladan yüzlərlə fotolar diqqətimi çəkdi. Əyilib onlardan bir neçəsinigötürüb cibimə qoydum. Bununla bağlı bir müddət əvvəl Lent.az yayılan"Müharibə fotoları" adlı (http://news.lent.az/news/109509) yazıdafikirlərimi qələmə almışam.

Sovxozbinasının qarşısında gümüşü rəngli bir büst var idi, uşaqlar büstü vurub yerəsaldılar...

SonraCanyatağa tərəf qayıtdıq. Ermənilər Canyataqda əvvəlcə əməlli-başlı müqavimətgöstərsələr də, sonra geri çəkilməyə məcbur oldular. Biz hər iki kənddə postlarqoyub gözlədik.

Bu döyüşdəbir daha Şəfa və Rasim Edilov qardaşlarının, Alış müəllimin və adlarını çəkəbilmədiyim digər uşaqların qəhrəmanlıqlarının şahidi oldum.

Qarşıdabizi mövqe döyüşləri, həyatımı dəyişən kəşfiyyat əməliyyatı gözləyirdi...

[email protected]

Ardı var

TƏQVİM / ARXİV