adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Avqust 2019 12:02
6451
HADİSƏ
A- A+

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

11:47

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, hadisə rayonunİsmayıl bəy Qutqaşınlı, 63 ünvanında qeydəalınıb:

"Yanğın 17 mərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasındakı elektrik kabellərində baş verib. Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bina sakinləri dərhal təxliyyə edilib. Yanğının söndürülməsi işi davam edir".