adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Avqust 2019 11:43
22684
DÜNYA
A- A+

PKK-ya maddi dəstək verən 8 nəfər saxlanılıb

Türkiyədə PKK terror təşkilatına üzv olmaqda və terrorçulara maddi dəstək göstərməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaqın gedişatı zamanı Ataşəhər, Kadıköy, Maltəpə, Pendik, Sultanbəyli, Umraniyə və Üsküdarda əməliyyat keçirən polis 8 şübhəlini nəzarət altına alıb.

Aparılan araşdırma zamanı onların saxlanıldığı yerlərdən tapança, ov tüfəngi, 15 mərmi, çoxlu sayda sənəd və rəqəmsal materiallar götürülüb.