adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Avqust 2019 11:24
21206
ELM VƏ TƏHSİL
A- A+

Vasif Talıbov yüksək bal toplayan tələbələrə mükafat verdi

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da iştirak edib. Tədbirdə ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara "Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Naxçıvanda bu il qəbul imtahanlarında məzunların 281-i 500-700 arası bal toplayıb.