adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ÖMRÜMDƏKİ ADAMLARDAN BİRİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
55483 | 2019-08-21 09:22

Bəli, həyatgöz və qaş arasındadı deyənlər yanılmayıb. Əslində bunu ömür deyiblər, mən qəsdənhəyat yazıram. Çünki o, ömür sevən yox, həyatsevər insan idi. Danışığında da,yaradıcılığında da, hətta insanlara yanaşmasında da bir sevgi vardı OqtayRzanın. Dünyada tanıdığım yeganə Allah bəndəsi idi ki, dilində qeybət yox idi,ürəyində xılta yer verməmişdi. Hətta xıltlı adamlar barəsində şeir də yazmışdı.Onlara münasibətini poetik şəkildə ifadə etmişdi. O bir şair, bir müəllim, birziyalı, bir ağsaqqal kimi öz yerini bilirdi. Harda oturmağı, harda danışmağı eləseçib, elə ifadə edirdi ki, onun sözü də dillənilirdi, yeri də uyğun seçildiyidərhal bəlli olurdu. Çünki Oqtay Rza sözün xiridarı idi, ustası idi. Onun sözünəqulp qoymaq mümkün deyildi. Çünki təbii idi. Allah onu məclis üçün yaratmışdı.O kədərli anda da insani duyğularını gozlətmirdi. Toyda, şənlikdə, ad günündəaz qala səbəbkar kimi sevinirdi. Mən iki məqamı heç vaxt unutmuram. Onlardan biriOqtay Rzanın uzun illərdi tanıyıb dostluq, yoldaşlıq etdiyi Nahid Hacızadəninölümü idi. Yaman sarsılmışdı Oqtay Rza... İkincisi Adil Cəmilin oğul itkisinəaz qala havalanmışdı Oqtay Rza... Hətta dilinə bir asi kəlmə də gətirmişdiOqtay Rza... Bu onun dosta, sevdiyi adamlara, könül verdiyi insanlara diqqətininadi cizgisi idi. Hətta mənə bir dəfə Adil Cəmilin oğul itkisi ilə bağlı şeirinitəqdim edəndə dedi ki, "Mirzə, bu şeirlə Adilin yarası sağalan deyil. Amma qoybilsin ki, mən onun yanındayam!”.

Bəli,belə idi Oqtay Rza. Və onun belə olduğunu mən az qala hər gün görürdüm, hər güneşidirdim, izləyirdim. Çün o az qala həftənin hər gün "Ədalət”ə gəlirdi. Özü gəlməyəndədə zəng edirdi. Mütləq nəyəsə münasibət bildirirdi. Və son vaxtlar Oqtay Rzanınən böyük narahatlığı Fərqanə xanımdan idi. Görüşən kimi soruşurdu:

- Mirzə,Fərqanə Mehdidən xəbərin var?

Cavabverirdim ki:

- Bəli,izləyirəm...

Eləburadaca əlavə edim ki, Oqtay Rza sovetdönəmindəki soyadlarda işlədilən "ov”, "yev” şəkilçilərini qəbul etmirdi. Onagörə də onun müraciəti də özünəməxsus idi. Şairə bacımız Fərqanə Mehdiyevanınsağlıq durumu ilə bağlı keçirdiyi təlaşı tez-tez dilə gətirən Oqtay Rza Anar müəlliməmüraciət etməyi düşünürdü, birinci vitse-prezident Mehriban Əliyevaya məktubgöndərməyə hazırlaşırdı. Amma bunların heç birini etməyə fələk imkan vermədi...


OqtayRza hanının tanıdığı adam idi. Hələ 15 il bundan öncə onun 70 yaşına yazdığımyazıda vurğulamışdım ki, "Xalqın şairi Oqtay Rza!”. Bu fikrimi çox bəyənmişdi. Hər dəfə və hər bir məclisdəvurğulayırdı ki, "həzarat, Mədətoğlu 15 il əvvəl məni "xalqın şairi” titulu iləmükafatlandırıb, bu mənə bəsdi”. Beləcə, məni də mükafatlandırırdı Oqtay Rza! Vəmən onun həyatsevərliyini, coşqusunu gördükcə, duyduqca sanki özüm də onaqoşulub cavanlaşırdım, həyata tamam fərqli baxmağa özümü kökləyirdim. ÇünkiOqtay Rzanın aurasında bundan başqa cür olmaq mümkün deyildi. Üstəlik, onunetketlərə əməl etmək tərbiyəsi də çox həssas və unudulmaz idi. Belə ki, bu adam"Ədalət” qəzetinin redaksiyasına gələndə mütləq soruşurdu: "Aqil Abbas burdadı?Tuncay xanım yerindədi?. Əgər burdadılarsa, gedim salam verim, bilsinlər ki,yazı gətirmişəm, sonra gəlim yanına, sonra səni danlamasınlar”. Beləcə, Oqtay Rza mənim də düşə biləcəyim hansısa birvəziyyəti öncədən nəzərə alırdı. İstəmirdi ki, onun 

"Ədalət”də tez-tez çap olunmasına görə rəhbərlik kiməsə irad tutsun. Amma hər dəfədə mən ona vurğulayırdım ki, Aqil müəllim də, İradə xanım da sizin xətriniziçox istəyir və bu qəzetin bütün səhifələri sizin üzünüzə açıqdı. İnanın ki, belədeyəndə üz-gözündəki sevinc birə-on artırdı. Elə bil dünyanı bağışlayırdınOqtay Rzaya.

Mən heçvaxt ağlıma gətirməmişdim ki, görüşünə hazırlaşdığım, həftənin ilk iş günü birgəolacağımızı düşündüyüm Oqtay Rza barəsində indi tələsik xatirə yazıram. Ammaxatirənin ən şirin bir məqamı var, onu mütləq diqqətə çatdırmalıyam. Belə ki...

Ötən həftəninson iş günü başa çatmaq üzrə idi. Redaksiyada dizaynerimiz Şamxal, bir də mənqalmışdım. Telefonuma zəng gəldi. Oqtay müəllim idi. İlk dəfə idi ki, onun səsindəqəribə bir şey hiss etdim. Sanki kədərlənmişdi, nədənsə inciyib küsmüşdü. Həmişəkiərklə "Mədətoğlu” demədi. Eləcə:

- Mədətoğlu,sən bilərsən, şeirin də vaxtı var?..

Açığınıdeyim ki, sual mənə çatmadı. Ona görə məndə suala sualla cavab verdim:

- Başadüşmədim, ustad?!

- BilirsənMədətoğlu, "525”ə şeir göndərmişdim sərhədçi günü ilə bağlı. Yusif Rza mənədeyir ki, bəs indi şeirin vaxtı deyil, biz sentyabrın on beşinə kimi şeir verməyəcəyik.Mənə pis təsir elədi. Söhbət dövlət sərhəddindən gedir. Mən sərhədçilərimizin şərəfinəşeir yazmışam. Yusif Rza da mənə şeirin vaxtı deyil söyləyir.

İnanın,bir Allah şahiddir ki, Oqtay Rzanın həmin kövrək səsini heç vaxt eşitməmişdim,onun səsindəki o nisgili heç vaxt duymamışdım. Ona görə də heç fikirləşmədəndedim:

- Ustad,narahat olma, mən çap edərəm.

- Mirzə,dünənki nömrədə məni çap eləmisən. Aqil Abbas əsəbləşər, səni danlayar. İcazəver, Aqil Abbasa zəng vurum, sonra çap elə!

- Ustad,narahat olma, Aqil müəllim heç nə deməz!

Andolsun Allaha, telefonda hiss etdim ki, səsi özünə qayıdır. Bircə kəlmə dedi:

- Mirzə,mən əvvəl də "Ədalət”çi idim, indi oldum min bir faiz "Ədalət”çi! Sağlıq olsun,birinci gün görüşərik!

Sağollaşdıq.Çevrilib yanımdakı dizaynerə baxanda əvvəlindən hiss etdim ki, bütün qəzetçilərinsəhifə dağıtmaq stresini o dayaşamaqdadı. İlk dəfə idi ki, Şamxala böyük qardaş ərkini etdim, "dağıdaq səhifəni”– dedim. Beləcə, Oqtay müəllimin şeirlərini səhifədə yerləşdirdik. Səhəri, yənişənbə günü lap tezdən yenə Oqtay müəllim zəng vurdu:

- Mirzə,qəzeti almışam, yaşasın "Ədalət”! Eşq, eşq və bir də eşq!

İndibilgisayara isti, yığcam xatirələri diqtə edəndə elə feysbuk səhifəsindən qəfilölüm xəbərini oxuduğum Oqtay Rzanın yoxluğuna inana bilmirəm və heç inanmayacamda. Çünki xalqın şairləri, elin adamları ölümsüz olurlar. Oqtay Rza kimidünyanın hər üzünü görmüş adamların həyatsevərliyi onları ölümsüz edir. Və üstəlikdə bu adamlar söz sahibləri olduqlarından hər məclisdə yada düşür, hər məclisdəanılır. Özünün lətifəvari söhbətlərilə, sözlərilə, güclü yaddaşlarıyla və bir dəki, səmimiyyətləriylə. Ona görə də mən ustadımın ruhuna üz tutub yazmışam:


Ömrümdəkiadamlar

Düşürbir-bir – yarpaq tək...

Onlarıqucaqlayan -

Görməmişəmtorpaq tək!..


Budoğmalıq ölçüsüz

Budoğmalıq əbədi...

Xalqdanqopub gedənin –

Sonünvanı Kəbədi!


Təəssüfünözü də

O andaaciz hissdir..

Ürəyimuşaq kimi –

Küsdü,ölümdən küsdü...


Gedənləridüşünüb

Anladımki, bir daha...

"Olum-ölüm”qərarı –

Şamilditək Allaha!..


Bəli,Oqtay müəllim! Ruhun şad olsun! Bilirəm ki, yola saldığın dostlar indi başına yığışıb.Hamıdan danışırsan, elə məndən də yəqin ki... Unutma, o yer hamımızın sonünvanıdı. Və nə vaxtsa mən də son xəbərlərlə gələcəm ora. Görüşənədək!



TƏQVİM / ARXİV