adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Avqust 2019 16:39
24504
MARAQLI
A- A+

DOĞRUDANMI XXI ƏSRDƏ YAŞAYIRIQ?

Neçə gündü mətbuat dağılır ki, Ucarın Çiyni kəndində naməlum, başdan-ayağa tük içində bir bədheybət peyda olub, insanlar küçələrə çıxa bilmir, hətta kişilər də qorxur. Nəğd gördüm deyən yoxdur, hamı deyir kimsə gördü.

Polis şöbəsi də məcbur olub kənddə post yaradıb. Əvvəla, təzə Azərbaycan nağıllarından biridi, ya da kimsə özünü bir az «bəzəyib» camaatla məzələnir.

Bizim kənddə o günləri əmim oğlu bir cin tutmuşdu, sancaqlamışdı ki, qaçmasın. Bir az həyəti-zadı bellətdirdi, sonra camaat yığışıb dedi ki, yazıqdı, burax getsin. Buraxdı getdi. Hələ cinlə şəkil də çəkdirmişdi.