adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Avqust 2019 10:20
22346
SİYASƏT
A- A+

ƏZİZ TONOYANIN KÜRDLƏRƏ NƏ DƏXLİ VAR?

Saytlar və sosial şəbəkələrdə gördüm yazırlar ki, Əziz Tonoyan adlı bir kürd deyib ki: «Biz (yəni kürdlər-red.) ermənilərin yanındayıq, Azərbaycana bir qarış da torpaq verməyəcəyik».

Dostlar, Əziz Tonoyanın kürdlərə nə dəxli? O bir yezididi. Qarabağ savaşında kürdlər bizimlə çiyin-çiyinə erməni işğalçılarına qarşı vuruşurdular və yüzlərlə də şəhid veriblər. Çoxunu adbaad saya bilərəm.

İnşallah, daha böyük Qarabağ savaşında yenə də bizimlə çiyin-çiyinə torpaqlarımızın azadlığı uğrunda son damla qanlarınadək vuruşacaqlar.

Ona görə də belə xəbəri manşetə çıxaranda bir qədər diqqətli olun.