adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Avqust 2019 13:41
26106
ƏDƏBİYYAT
A- A+

İradə Musayeva:"Ədəbiyyatsız ədəbi mətbuat xəstəliyi..."

Ədəbi məmurların xofundan və inhisarından, təzyiqindən uzaq azad və səviyyəli, konseptual ədəbi məsələlərlə məşğul olan ədəbi mətbuat lazımdır! Nə qədər demək olar?! Dünyada bütün dövrlərdə milli şüur və milli özünüdərk, bəşəri dəyərlərə sahiblənmə və millətin imzasını dünyada tanıtma işində ədəbiyyatın rolu əvəzsiz olub. Bizdə 30 ildir ədəbi mətbuat pioner qəzeti havasında "peçatlanır"... Bezmirsiniz, bu yeknəsək və çürük ədəbi siyasətin diktələrindən?!

Konsepsiya, ədəbi layihələr, ideya və uzun müddətli ədəbi strategiya olmalıdır. Canlılıq,millilik və bəşərilik... Dil, tərcümə, ədəbiyyatşünaslıq və s. problemlərin konsepsiyası olmalıdır. Yoxsa, redaktorlar "kənddən gələn inşalar"ı poçtundan götürüb "vstavit" edir səhifəyə və müəlliflər şöhrətlərinin səbəbini bu saxta qəzetlərin ayağına yazır...) Redakrorlar öz missiyalarını bilmir. Ədəbiyyatsız ədəbi mətbuat xəstəliyindən qurtarmaq zamanından ən azı 40 il keçdi...