7 ayda narkotikə görə 1600-dən çox şəxs tutulub
2019-cu ilin yanvar - iyun ayları ərzində qeydə alınmış 13534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, onların 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.
Cinayət törətmiş şəxslərin 68,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 24,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,8 faizi 18-24 yaşlı, 15,1 faizi 25-29 yaşlı gənclər, 76,8 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
Digər Xəbərlər
18 Aprel 2024 18:19
Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO
18 Aprel 2024 14:21Zəngilanda silah-sursat aşkarlandı
18 Aprel 2024 09:22Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
17 Aprel 2024 19:41İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Aprel 2024 09:43