adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
19 Avqust 2019 12:10
47673
ƏDƏBİYYAT
A- A+

Qurban Bayramov: Söz hikmətindən, ana sevqisindən doğan nəğmələrə...

I məqalə

Neçə illərdir müasir qadın şairlərimiz sırasında dəyərli, yaddaqalan imzalardan biri olan Mahirə Nağıqızı imzasını mətbuatdan ardıcıl izləyirəm. Xeyli illər bundan qabaq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları sesiyalarında poeziyadan etdiyim məruzələrdə də adını çəkmişdim, yaradıcılığının perspektivini qiymətləndirmişdim...

Nəsimi adına Dilçilik İnstitutunun Müdafiə Şurasındakı müdafiəsini xatırlayıram... Dilçi alimlərdən Qəzənfər Kazımova, İsmayıl Məmmədova həsr etdiyi məqalələri oxumuşam. Bir dilçi alim kimi bədii üslubiyyata, poetikaya meyilli tədqiqatları ilə maraqlanmışam... Bir həmkarımın (Çapar Kazımovun) mənə verdiyi "Ruhuna beşiksə, tanı, vətəndir...” (Bakı, 2017, 328 səh.) şeirlər toplusunu oxuyandan sonra ona olan marağım daha da artdı və şeir yaradıcılığı haqqında müəyyən tədqiqat apararaq "poeportret ” janrında düşüncələrimi ədəbi ictimaiyyət və oxucularımla bölüşmək istəyinə düşdüm...

Bu məqaləni yazmağıma ikinci bir səbəb də oldu ki, mən özüm də, 60-cı illərdə indiki ADPU-nun tarix-fililogiya fakültəsində oxumuşam və buradakı elmi-ədəbi mühitlə doğmalığım var, əlaqələr bu gün də davam edir... Və bıləndə ki, professor Həsən Mirzəyev (Həsən Mirzə) Mahirə xanım Nağıqızının doğma dayısıdır və mənim ən sevimli müəllimlərimdən olub, həmçinin o kişi, həmin institutda (V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanırdı) dərs deyən görkəmli psixoloq, professor, Əməkdar Elm Xadimi, əmim Əkbər Bayramovla yaxın dost idilər... Bu dostluq sonralar onların əqidə və məslək birliyinə çevrildi, hər ikisi məşhur siyasi qurum olan Yeni Azərbaycan Partiyasının qurucularından – 91-lərdən, ilk Heydərçilərdən oldular...

Onların hər ikisi elmi və ictimai həyatda böyük nüfuza malik idilər və buna görə də onların sözü ictimai rəyə ciddi təsir edirdi. Xalqın, millətin taleinin həlli məqamında, o, çətin dövrdə xalqı və dövləti xilas edə biləcək yeganə siyasətçinin məhz ümummilli lider Heydər Əliyev olduğunu dərk edərək bu böyük şəxsiyyətin hakimiyyətə gəlməsinə çağırış edən "91”lərin ilklərindən oldular. Baxmayaraq ki, buna görə təzyiqlərə, təhdidlərə, lüzumsuz tənqidlərə məruz qaldılar, amma haqq yolundan çəkilmədilər...

Bu, indi hamıya sadə görünə bilər. Amma dövrün, zamanın sərt olayları, ziddiyyətləri o vaxt belə bir addımı atmağa böyük cəsarət tələb edirdi. Bax belə, çəkinmədən, qorxmadan, əsl ziyalı kimi Həsən Mirzəyev və Əkbər Bayramov digər məsləkdaşları ilə xalqı ilə, xalqın xilaskarı ilə bir yerdə oldular...

Və görəndə ki, Mahirə Nağıqızının "Ruhuna beşiksə, tanı, vətəndir...” (2017, 328 səh.) şeirlər toplusu belə bir kişiyə (kişilərə) ithaf olunub marağım birə on qat artdı...

Bir şeyi də xatırladım ki, Mahirə xanım Nağıqızı hələ tələbəlik illərində - indiki ADPU-nun filologiya fakültəsində oxuyarkən (80-84-cü illərdə) onun şeirləri həm institutun sahə qəzetində, həmdə dövri mətbuatda çap olunur, xalq üslubunda yazdığı şeirləri elə o vaxtlardan rəğbətlə qarşılanırdı.

Onun bu poetik yaradıcılıq uğurları elmi yaradıcılığı ilə müvazi inkişaf etməyə başladı. Neçə-neçə dərs vəsaitlərinin, 15 monoqrafiyanın, 200-dən çox elmi məqlənin müəllifi olan Mahirə Hüseynova Nağıqızının bir sıra məqalələri xarici ölkələrin elmi mətbuatında – ABŞ, Çexiya, Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna, Tatarıstan və digər xarici ölkələrdə çap olunub, onun kitabları haqqında respublika mətbuatında – qəzet və jurnallarda onun yaradıcılığını təqdiredici məqalələr dərc edilibdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahirə Nağıqızının 12 şeir kitabı oxucularna ərməğandır. İlk şeirlər kitabı "Mənim anam” (2006), hələlik axırıncı şeirlər kitabı isə "Ruhuma beşiksə, tanı, vətəndir” (2017) toplusudur. Hətta bu kitabı tənqidçilər şairin seçilmiş əsəri hesab edirlər... Dediyim kimi, kitab Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor, məşhur dilçi-alim, ictimai xadim, ardıcıl Heydərçi, Respublikamızda hakim partiya olan YAP-ın ilk qurucularından biri olan mərhum Həsən Mirzəyevin xatirəsinə həsr olunmuşdur. Mahirənin "Həsən Mirzə yaşayır” şeirində oxuyuruq:

...Bu ayları onsuz gördük deyilməz,

Üzbəüzdə Həsən Mirzə yaşayır.

O nə sirdir, nə hikmətdir, bilinməz,

Yüzə-yüzdə Həsən Mirzə yaşayır.

...Gedib çıxıb haralara sədası,

Azərbaycan – ora, bura obası.

Cild-cild kitablarda yuvası,

Qalıb sözdə Həsən Mirzə yaşayır.

Bəri başdan qeyd edim ki, Mahirə Nağıqızının şeir yaradıcılığının çoxçeşidli, özünəməxsus mövzu sistemi mövcuddur. Onun yaradıcılığının əsas leytmotivinin birini də xalqın milli-mənəvi tərəqqisində, ictimai, mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərən, xalqın taleyi qarşısında şəxsiyyətin rolu və məsuliyyəti məsələsi kəskinliyi ilə qoyulur. Dediyimiz kimi, müstəqilliyimiz uğrunda ilk mübarizəyə qoşulanlar cərgəsində duran, azadlıq və müstəqillik yolunu – Heydərçilik yolunu dürüst müəyyənləşdirərək ilk Heydərçi mücahidlərdən olan Həsən Mirzəyevə həsr etdyi bu şeirlər təkcə bir nəfərin fərdi ictimai cəhətlərini deyi, ümumilikdə ictimai-siysi həyatda nüfuz sahibi olan, lazım gəldikdə xalqın, dövlətin müstəqilliyi uğrunda həyati vacib məsələlər mövqeyindən çıxış etməyi, cəmiyyətin hisslərini, düşüncələrini, arzularını, istəklərini vaxtında, dürüst müəyyənləşdirməyi bacaran – indiki halda keçən əsrin 90-cı illərində "Doxsan birlər” adlanan ziyalılar qrupunun, zialılar zümrəsinin ümumi obrazını xarakterizə eləyir...

Deyirlər ki, böyük ideyalarla yaşamayan, böyük olaylara həsr olunmayan həyat məzmunlu ola bilməz. Böyük adamlar böyük–böyük danışanlar deyil, böyük idealın daşıyıcıları olanlardır. Mahirə Nağıqızı da Həsən Mirzəni müasir ziyalılar zümrəsinin böyük idealların daşıyıcısı, ən ümdəsi "xalq adamı”, "el adamı” kimi təqdim edir və bununla da müasir gəncliyə belə şəxsiyyətləri nümunə göstərir.

El oğluydu, el adamı- dedilər,

Tək qoymayıb bir adamı- dedilər.

Ata, qardaş, əmi, dayı- dedilər,

Dağda, düzdə Həsən Mirzə yaşayır

… Tanıyanlar bilərdilər o ərdi,

Yığnaqlıydı, çörək qədri bilərdi.

"Dilqəmi”ynən huş götürüb gedərdi,

Telli sazda Həsən Mirzə yaşayır.

Və yaxud:

Həsən Mirzə bir olmadın, pir oldun
Harda oldun, öndə oldun, bir oldun
El- obaya sığınacaq yer oldun
Yola çıxdın yeni yolun mübarək

Ömür sürdü, ömür yazdı xoş ada,
Fərq qoymadı, nə doğmaya, nə yada.
Çox oğullar doğulacaq dünyada,
Arasında Həsən Mirzə doğulmaz.

Əslində, Mahirə Nağıqızı böyük alim, şair, ictimai xadim, professor, el adamı Həsən Mirzənin istər elm sahəsində, istərsə də poeziya aləmində, istərsə də həyatda ləyaqətli varisi və "Dünya” şeirində - özü demiş, mənəvi övladıdır, ona "dünyanı öyrədən” dünyasıdır:

Harada zilindi, harada bəmin,
Tutmadım, yolların qəribə sənin.
Mahirə - övladı Həsən Mirzənin,
O mənə dünyanı öyrətdi, dünya!

Və yaxud:

Dərdim, birin görünür,
Baxdım, dərin görünür.
Həsən Mirzə, haray ver,
Elə yerin görünür!

Və digər bir şeirində isə Həsən Mirzə yolunun müsafiri olmağı ilə fəxr edərək yazır:

İnandım qəlbimə, gücünə sənin,
Tanrı yazısına ömürdü zəmin.
Qoyduğu hədəf var Həsən Mirzənin,
Yeri, ayaqlarım, nə dayanırsan?

Və Həsən Mirzənin müəyyənləşdirdiyi hədəfə doğru addımlayan Mahairə Nağıqızının ömür yolundan

Related image

Haşiyə:

Hüseynova Mahirə Nağıqızı 1960-cı il ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbində oxumuş, sonra – 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən "Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə "İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. "Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını müdafiə etmiş (2012), 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən "XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, 2017-ci ildə müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsini almış, professordur, hazırda elmi və bədii yaradıcılığını, pedaqoji-təşkilatçılıq fəaliyyətini ADPU-nun filologiya fakültəsinin dekanı kimi uğurla dvam etdirir...

XXX XXX XXX

Maraqlı cəhətlərdən biri budur ki, Mahirə müəllimə bir dilçi-alim kimi şeirin poetikasının tədqiqatçısı olduğundan və poeziyanın ədəbi dil normalarını kamil bildiyindən bütün bunları bədii yaradıcılığına yansıda bilir. Məsələn, onun "Azərbaycan poeziyasında "dağ" obrazı” (Bakı : Vətən nəşriyyatı, 2013. - 195 s); "Müasir Azərbaycan dili: aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair : Dərələyəz mahalı üzrə” ( metodik vəsait , - Bakı : Vətən nəşriyyatı, 2015. - 52 s.); "XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası : Dərələyəz mahalı üzrə” (Bakı: ADPU nəşriyyatı, 2015. - 204 s. ; "Aşıq və el şairlərinin üslubi sintaksisi : Dərələyəz mahalı üzrə”, (Azərbaycan Dövlət Pedaqoji Universiteti. - Bakı : Afpoliqraf, 2017. - 128 s.); "Aşıq və el şairlərinin üslubi frazeologiyası : Dərələyəz mahalı üzrə ", (Azərbaycan Dövlət Pedaqoji Universiteti. - Bakı : Afpoliqraf, 2017. - 112 s.) kitablarının mövzuları və problematika istiqamətləri də bunu aydın bir şəkildə göstərir.

Mahirənin poeziyasına elmi-nəzəri prizmadan yanaşsaq, görərik ki, onun şeir yaradıcılığı poeziyamızın yaşarı ənənələrinə sıx bağlıdır, eyni zamanda, müasir şeir mədəniyyəti, həyatı, gerçəkliyi inikas nöqteyi-nəzərindən də yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, onun poetik yaradıcılığı, demək olar ki, əksər şeirləri el ədəbiyyatının, aşıq yaradıcılığının üslub bulağından süzülüb gəlir... Onun şeirlərinin linqivopoetikası, poetik sintaksisi, üslubi frazeologiyası, onomastik vahidləri bənzərsiz bir şəkildə, yaradıcılıq axtarışlarına uyar bir şəkildə aşkarlandığından cəlbedici olur, lirizmi, müsiqililiyi ilə seçilir, fərqlənir...

II məqalə

Şairin indiyədək nəşr etdirdiyi kitablarında həyat, dünya, ömür-gün, dövrün ictimai-mədəni, mənəvi-əxlaqi mənzərəsi, qayğılarımız və problemlərimiz, Qarabağ müharibəsi, şəhidlik mövzusu, dünyada və Azərbaycanda gedən proseslərə fərdi baxış rakursu daha çox özünü büruzə verməkdədir. Mahirənin şeirləri boz axından – nəzmkarlıqdan, şeirbazlıqdan, qrafomançılıqdan qütblərarası bir məsafədədir. Onun yaradıcılığının spesifik konturları mövcuddur.

Mahirə Nağıqızı imzası müasir ədəbiyyat aləmində -- Azərbaycan mədəni-ədəbi ictimaiyyəti, fikir adamları, ədəbiyyatşünas və tənqidçilər, dost-tanışlar arasında

etiraf olunan imzalardandır və özünəməxsus, daim impuls verən poetik enerjiyə malikdir, məsələn, bu bayatılardakı kimi:

Ağam gəl, ay ağam gəl,

Digər Xəbərlər