adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Avqust 2019 12:09
27441
MARAQLI
A- A+

Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar

Qətər hökuməti yapon şirkəti ilə əməkdaşlıq edərək Doha küçələrinin asfaltını mavi rəngə boyamağa başlayıb. Bu barədə"Al-Raya" nəşri məlumat verir.

Əgər bu eksperiment baş tutsa, asfaltın temperaturunun 15-20 dərəcə aşağı düşəcəyi gözlənilir.

"Qara asfltın temperaturu faktiki göstəricidən 20 dərəcə artıqdır. Çünki qara rəng işıq şüalarını udur", - deyə layihənin mühəndisi Səad əl-Doseri qeyd edib.

Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb. Bu ərazidə heç bir yaşıllıq yoxdur, temperatur isə adətən 50 dərəcədən yüksək olur.