adalet.az header logo
  • Bakı 19°C
19 Avqust 2019 11:47
7906
HADİSƏ
A- A+

4 və 8 yaşlı uşaq yol qəzasında ölüb

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Arxməmmədova idarə etdiyi "Mazda” markalı avtomobili qarşıda gedən paytaxt sakini S.Cəfərovun idarə etdiyi "Shacman” markalı avtomobilə vurub.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə S.Arxməmmədovanın sərnişini olan 8 yaşlı oğlu Ümid xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bundan başqa, Ağsu şəhəri ərazisində Şamaxı rayon sakini E.Hacıyev idarə etdiyi "VAZ-21214” markalı avtomobillə yolu keçən Zərqava kənd sakini 4 yaşlı Nəzrin Məmmədovanı vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.