adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Avqust 2019 10:17
24149
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: SON ÜNVAN

Həmişə görməyə, səsini eşitməyə və ağsaqqal -şair ərkini təbii qarşılamağıa adət etdiyim - ölümünə inanmadığım xalqın şairi Oqtay Rzanın ruhuna minnətdarlıqla

Ömrümdəki adamlar -
Düşür bir - bir - yarpaq tək...
Onları qucaqlayan -
Görməmişəm torpaq tək!..

Bu doğmalıq ölçüsüz
bu doğmalıq əbədi...
Xalqdan qopub gedənin -
Son ünvanı Kəbədi!..

Təəssüfün özü də
Bu anda aciz hissdi...
Ürəyim uşaq kimi -
Küsdü, ölümdən . küsdü...

... Gedənləri düşünüb
Anladım ki , bir daha
"Olum - ölüm!" qərarı
Şamildi tək Allaha!..