adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Avqust 2019 11:09
28623
İDMAN
A- A+

Hazard zədələndi

"Real"ın aparıcı futbolçularından hesab olunan Eden Hazard zədələnib.

Adalet.az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Madrid təmsilçisinin məşqində xəsarət alıb.

Tibbi müayinədən sonra belçikalı oyunçunun sağ bud əzələsinin zədələndiyi aşkar olunub. Onun bərpasının dəqiq vaxtı açıqlanmayıb.

Xatırladaq ki, "Real"ın sabah İspaniya La Liqasının ilk turunda səfərdə "Selta" ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. E.Azar bu mövsüm İngiltərə "Çelsi"sindən "Real"a keçib.