adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Avqust 2019 10:46
21298
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BU QADIN

Gözümü yola sancmışam,
Yol boşdu, gəlmir bu qadın!
Mən, vallah, ruhən acmışam –
Bunu da bilmir bu qadin?

Tapandan bu ağrı məni
Gülünc sayır ağrımamı...
Onu "Leylim!" çağırmamı –
Unuda bilmir bu qadin!

Nəzərində daş-divaram,
Hörgüsü nəm - yaş divaram...
Hönkürməyə başlıyaram –
Onsuz da gülmür, bu qadin...

Külək öpmüş saçı ilə,
Kirpiyinin ucu ilə...
Mən çəkən bir acı ilə -
Üzümü silmir, bu qadin!