Əbülfət MƏDƏTOĞLU: PAUZA

ƏBÜLFƏT MƏDƏTOĞLU
43269 | 2019-08-17 09:25

Buyazını yazmamışdan öncə başqa bir ovqatdaydım. Necə deyərlər, hətta həminyazının umacını ovub, əriştəsini də kəsmişdim. Amma Bakının son dəli küləklərivə qorabişirən ay olan avqustun 8-də havanın birdən-birə dəyişib buludlarıngözünü yumub damcılarını üstümüzə çiləməsi məni fikrimdən daşındırdı. Yəni mənöz-özümdə bu qənaətə gəldim ki, "hər anın öz hökmü var” deyimi çox dəqiq ifadəolunmuş fikirdi. Həqiqətən də bu günün reallığı hər anın öz hökmü! Səni nə gözləyir,səni kim vuracaq və harandan vuracaq kimi düşüncələrin içərisində özünü iynədən,sancaqdan keçirdiyin məqamda bir də görürsən ki, həyatını etibar etdiyin,sirrini bölüşdüyün xəncəri saplayıb kürəyinə. Və sən onda özündən asılıolmadan pıçıldayırsan:

-Sirrini sirdaşa vermə, onun da sirdaşı var!..

Beləolan halda adi bir qığılcımın alova, tonqala çevrilməsi təbiidir. Mən sizə məşhurkəlamı xatırlatmaq üçün söyləmirəm bu fikri. Əgər xatırlamaq istəyirsinizsə,bilməyənlər varsa deyə bilərəm. Məşhur Oktyabr inqilabının ilhamçısı və rəhbəriVladimir Ulyanov deyirdi ki, "qığılcımdan alov doğar”. İndi həqiqətən mənim içdünyamdakı yaşantılar həm alova çevrilir, həm də külə. Çox qəribədir ki, bu təzadınarasında əriyən də, sınan da, çiliklənən də ancaq ürəkdi, duyğulardı, hisslərdi.Nə etmək olar ki, onları qorumaq mənim gücümdə deyil. Çünki dərd çəkmək, kədərəgüvənc yeri olmaq, hətta ağrını-acını öz ürək adlı sığınacağında qoruyub saxlamaq, yaşatmaq mənim hardasaömrümün ifadəsinə, yaşamına, lap bir az da köntöy desəm, missiyama çevrilib.Ona görə də pambıq nəm çəkən kimi çəkirəm özümə ağrını-acını, dərdi-qəmi.

... Bilənlərbilir (təbii ki, burda söhbət dostlardan, məni daima oxuyanlardan gedir – Ə.M.),mən həyatım boyu özümü təklikdən, tənhalıqdan xilas etmək üçün içimə sığınmağaüstünlük vermişəm. Ona görə də içimlə etdiyim söhbətlər mənə hardasa laylanıxatırladıb. Və mən də o laylanın ruhuna uyğun olaraq özümü xəyallar dünyasındasaymışam. Nəticədə də dizim yerdə, əlim də göydə qalıb. Çünki xəyallar həmişə əriyibgedib, heç gerçəkləşəni olmayıbdı. Mən dəbir bəndə kimi dizimi yerə qoyub, əlimi Tanrıya açmışam. İstəmişəm ki, heçolmasa xəyallarımın bir iynə boydasının gerçəkləşdirsin. Axı mən də onun bəndəsiyəm.Mənə də sevinci də, kədəri də, ağrı-acını da, dünyanın tamını dadıb, yükünü çəkmək missiyasını overib?..

Bəli,bax elə düşündüyüm anların birində ağlımdan gəlib keçdi ki, sənə yazdığım sonmesajı yaddaşımda təzələyib deyim ki:

Telefonda

səslimesaj qoymusan:

- Bağışlayın...

indi məşğulam...

bir azsonra

arayın!..

Anladım,

amma...

bir az sonra

yəqinki,

mənolmayacam...

siz dəbağışlayın,

elə səndə!..

Dedimki,

yaddaşımdaqalsın

bağlantın,

əgərolarsa,

ruhunlabağlansın!..

***

İndiruhumun kölgəsində oturub həmin o xəyal dediyim dünyanın küçələri ilə gəzibdolaşıram. Mənə tanış olanlar, mənim yaddaşımda ilişib qalanlar və bir də mənimözümün uydurduğum, yaratdığım nəsnələr həmin o dünyanın bu və ya digər guşəsinibəzəyir. Hətta sənin adına əkdiyim qızılgül kolunun üstündə bir bülbül də var.Mən onun cəh-cəhini də eşidirəm, dinləyirəm. Sanki mənim nələr düşündüyümü hissedir, duyur. Ona görə də mənim fikirlərimi oxuyur, mənim istəklərimi nəğməyəçevirir. Mən bu qəribə mənzərənin içərisində həm bir az qürrələnirəm, həm dəözüm özümün halıma acıyıram. Çünki xəyallarımdada səsimə səs vermisən... bu məqamda da əlimdən tutub özünlə haralarasa aparmırsan. Sanki yadlardanyad, qəriblərdən qəribəm. Ona görə də özümü bir az da fağır, zəif, hətta deyərdimlazımsız bir durumda da hiss edirəm. Görəsənniyə belə olur? Nədən hər şey müsbətə yox, mənfiyə, yüksəlişə yox, enişə doğruyuvarlanır?..

Bəli,bax elə bu sualların özü də xəyal dünyanın rəngarəngliyini bir az tündləşdirir.Və mən həmin o tünd rənglərin arasında işıq gəzirəm. Elə bir işıq ki, ordanboylananda həmin nurun sənin üstünə düşdüyünü görə bilim. Və elə səni gördüyümhəmin o işığın içərisində də içimdən gəlib keçənləri göy üzündən, yəni xəyallarımındünyasından üzüaşağı pıçıldayım. Deyim ki:


Bu buludnə yaman hikkələnibdi,

Canınınselini sıxır aşağı...

Elə bilgöy üzü silkələnibdi –

Artıqsaydığını yığır aşağı...


Dumanı"zər” tutub, çiskini cərgə,

Xamlayıb,kimsəni götürmür tərkə...

Mənheyran qalmışam seldəki ərkə -

Qopub odağlardan axır aşağı...


Üzümü,gözümü yalayır yağış

Məni göyüzünə calayır yağış...

Bəlkə dəmənumçün ağlayır, yağış -

Allahıngözü nəm baxır aşağı.


Nə qədəryerimdə çabalasam mən,

Gəlmiristəyimlə vallah, gücüm tən...

Bu anıniçində havalansan, sən –

Qoyma göydə qalım, çağır aşağı!..

***

Heç bir halda insan özünün içini dana bilmir. Nəolur-olsun, hətta dilin bu etirafdan qaçsa da gözlərin, sifət cizgilərin, hərəkətlərinbir Allah bəndəsi olaraq içini də büruzə verir. Hətta oxuduğuma, eşitdiyimə görə,insanların hobbiləri də, saç düzümləri də onları müəyyən məqamlardatapılmasına, üzə çıxarılmasın kömək edir. Yəni aparılan axtarışlar, ekspertizalarbu və ya digər vasitələrdən də yararlanıb kimisə tapıb üzə çıxarırlar. Mən də nəvaxtsa hansısa bir əməlimə görə aranıb-axtarılsam, yəqin ki, yazı-pozumlatapacaqlar məni. Həmin sözlərin. fikirlərin arasında mənim kimliyimi aşkarlayıbməşhər ayağına çəkəcəklər.

Bilmirəm, sizlər həmin anı, yəni məşhər məqamınınecə təsəvvür edirsiniz. Amma mən bunun həm çəkisini, həm də formasını artıqgörməyə başlayıram. Elə bilirəm ki, axtaranlar hər sözümün, hər işarəmindamarında səndən nə isə üzə çıxaracaqlar. Onda mənim kimliyimi daha rahat bilibmənim də cəzamı daha dəqiq müəyyənləşdirəcəklər. Axı mən özüm etiraf etmişəmki, mənim elə cəzalarım, günahlarım var ki... Onun cəzası durmadan, dayanmadan,nəfəs almadan sevməkdi... bütün Yer kürəsini sevgiyə bələməkdi. O sevgiyə ki,onun şah damarı göy üzünə, kökü isə yerin ən dərin qatlarına işləyir. Mən dəyerlə göyün arasında sənə ünvanladığım fikirləri, sözləri bir zərgər dəqiqliyiilə misralamağa çalışıram. İstəyirəm ki, yalnışlığa yol verməyim. Axı sözlərin,misraların arasında mənimlə birlikdə Sən də varsan.

Elə bu düşüncəni bilgisayara diqtə edirdim ki,işıqforun qırmızı lampası yanıb sönən kimi mənim də təyziqim bir anlıq yerindənoynadı:


Gör necə duman var, gör necə çən var,

Ruhumun oxşarı – gör neçə tən var?

Tay deyə bilmirəm, anam, Vətən var –

Görə bilmirəmsə mən necə deyim?!


Bulud da ağlayır, çən də kövrəlir

Saçım ovcundadı – dən də kövrəlir...

Ürəyim sinəndə - səndə kövrəlir –

Məni düşünürsən sən, necə deyim?!


Açıb pəncərəni damcıları say

Bəlkə yada düşər biz görüşən ay...

Nə vaxt yazacağam, deyəmmirəm tay –

Şeirin ən gözəlin ən, necə deyim?!


Qurduğum xəyalda tərdi çiçəklər

Özlərin çəmənə sərdi çiçəklər...

Bütün arıların dərdi çiçəklər –

Hamını şən edir, şən, necə deyim?!


Əbülfət ünvanlı bəndə olsam da

Özümdən daha çox səndə olsam da...

Meyilli torpağa, kəndə olsam da –

Ümid də bir dəndi, dən necə deyim?!

***

Bəli, bu yazının əvvəlində həm hava durumunu, həmovqatı, həm də xəyallarımı qatıb-qarışdırdım bir-birinə. Özü də bunu bilərəkdənetmədim, sadəcə belə alındı. Lap dəqiq ifadə etsəm, söhbət anlayışdan,qarşılıqlı səmimiyyətdən, güvəndən getdiyi üçün mən çətirini yağış altında başıüzərində deyil, özüylə gəzdirən bir xəyalpərvər kimi çox qəribəlikləri keçirdimiç dünyamdan. O qəribəliyin ən incə nöqtəsi təbii ki, səninlə bağlı idi. Neyləyimki, üzümü tutduğum hər yerdə, əlimi uzatdığım hər məkanda səndən başqa kimsənigörmürəm, heç görmək arzusunda da deyiləm. Bu qənaətimə görə, inciyənlər, lap məniqınayanlar olsa belə, fikrimdən dönən deyiləm. Çünki həyatımın qəhrəmanısözümün, özümün güvəni Sənsən. Bu gerçəyin içində yorulduğun, usandığın, həttaməni görmək istəmədiyin anlar da mümkündür. Bunu normal, təbii qarşılayıram. Eləhəmin o təbii qarşılama mərasimində də nə vaxtsa yazdığım misralar diliminucuna gəlir. Mən sənə yazmışdım ki:


Məni salıb dildən, haldan

Şirin imiş xəyal baldan...

Ayırmadan xəyallardan –

Sən döndər özünə məni...


Bu sevgidə Məcnun yalan

Sənə mənəm bil ki, qalan!

Seç, hələ olmamış talan –

Sən öndər özünə məni...


Adınla birgə soy gəlir

Kimə yas, kimə toy gəlir...

Ölçülüb, boya-boy gəlir –

Sən, səngər özümə məni.


Qarışıbdı yolum, izim

Çapıq-çapıq olub dizim...

İstəməyə gəlmir üzüm –

Sən göndər özümə məni...


... Hər dəfə duyğularımı sözə çevirəndə elə bilirəmki, bir az rahatlandım, bir az iç dünyamın yükünü vərəqlərə, indiki haldabilgisayarlara köçürdüm. Amma inanın ki, son sözü, son nöqtəni qoyandan sonrabircə an nəfəs ala bilirəm. O nəfəs sadəcə pauzadı. Yəni ani fasilədi. Sonrayenə hər şey sıfırdan başlayır. Zaman-zaman bunun səbəbini arayıb-axtarıbtapmağa çalışdım. Mükəmməl bir qərar olmasa da, amma artıq içimdə şübhələndiyimbir ünvan var. Bu ünvan da səninlə bağlıdır. Artıq hiss edirəm, hətta inanıramki, bu yazıları da sən diqtə edirsən, bu yazılar da səndəndir... Sən diqtəedirsən, sən göndərirsən, sən pışıldayıərsan, sən yazdırırsan... Mən səniyazıram, özümü yox! Hələ özümü yazmağın zamanını gözləməliyəm. Axı ən böyük həqiqətzamanın təsdiq etdiyidir! Biz o zamanın içindəyik. Ordan qalib kimi çıxa bilsək,onda sevgimiz də ən böyük və danılmaz həqiqət olacaqdı.


TƏQVİM / ARXİV