adalet.az header logo
  • Bakı 12°C
16 Avqust 2019 16:22
16642
GÜNDƏM
A- A+

Qaz balonunun içərisində 9600 ədəd siqaret aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "VAZ 21093" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrük baxışı zamanı sözügedən nəqliyyat vasitəsinin baqajında, yanacaq çəni üçün nəzərdə tutulan qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 9600 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.