adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Avqust 2019 11:20
22417
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÖZÜMƏ TƏSƏLLİ ŞEİRİ






















Gör necə çəkilib durub kənarda
Amma ki, mənimçün darıxır o qız!
Gözləri deyir ki, ötən hər anda -
Darıxır səninçün , darıxır o qız!..

Özünə zülm edir - əzab yaşayır
Hər kəsə, hər şeyə əsəb yaşayır...
Qürura bir dəli qəzəb yaşayır -
Adım səslənəndə karıxır o qız!..

Yayınır nəzərdən, qaçır tünlükdən
Barınmır kölgədən, nə də günlükdən!
Sıyrılıb gələndən son minillikdən -
Darıxır mənimçün, darıxır o qız!

İçim sevgi dolu, xəyalım viran
Yoxdu onsuz ötən - yaşanan bir an!
Çökmüşəm önündə - əlimdə Quran -
Görüb bu halımı karıxır o qız!

Sanki əl uzadır quyu dibinə
Axır gözlərimin suyu dibinə...
Mən ümid sərirəm - ümid ipinə -
Sarılır boynuma , yar . axır o qız!