adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Avqust 2019 10:34
18623
ELM VƏ TƏHSİL
A- A+

4501 abituriyent ərizəsini təsdiqləyib

Tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Adalet.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 10:15-dək kolleclərə qəbul olmaq üçün 4501 (Azərbaycan bölməsi – 4316, rus bölməsi – 185) abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5‑ci nömrəsində dərc edilib. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.