adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Avqust 2019 16:41
26670
İDMAN
A- A+

Azərbaycan əhalisinin neçə faizi idman edir? - STATİSTİKA

Son rəsmi statistikaya əsasən, Azərbaycan əhalisinin sayı 10 013 133 nəfərə çatıb.

Təbii ki, Azərbaycan əhalisi arasında sağlamlığına diqqət yetirənlər az deyil. Buna görə dəkimisi parklarda, kimisə də idman salonlarındaidman etməyə üstünlük verir.

Oxu.Azstatistik göstəricilərə istinadən xəbər verir ki, Azərbaycanda ümumi əhalinin 20 faizdən çoxu idman etməyi sevir.

Yaş qrupları üzrə təsnifatlandırdıqda isə15-19 yaş arasındakı əhalinin təxminən 41.4 faizi idmanla məşğul olur.

20-44 yaş arasında olanların 28.2, 45-64 yaş qruplarında olanların 11.1 faizi, yaşı 65-dən yuxarı olanların isə 4.7 faizi idmana üstünlük verir.

Əhalinin kişi qrupunun 31.1 faizi idmanla məşğul olur. Qadınlarda isə bu rəqəm 10.9 faizdir.