adalet.az header logo
  • Bakı 19°C
15 Avqust 2019 16:26
25589
DÜNYA
A- A+

Türkiyədə hərbi hissəyə hücum olundu

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbi hissəyə hücum olub.

Adalet.az-ın məlumatına görə, hücum PKK terror təşkilatının silahlıları tərəfindən törədilib.

Hadisə nəticəsində hərbi hissədə xəsarət alan olmayıb. Qeyd olunur ki, hücumdan sonra Türkiyə qoşunları lokal əməliyyatlara başlayıb.

Əməliyyatlar nəticəsində iki terrorçu zərərsizləşdirilib.