hacklink Adalet.az | Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə Dünya ikincisi oldu -Foto+ Video Adalet.az | Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə Dünya ikincisi oldu -Foto+ Video Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə Dünya ikincisi oldu -Foto+ Video

16458    |   2019-08-15 15:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

7-14 avqust tarixində Qırğızıstanın Çolpon-Ata şəhərində bilyard üzrə "Sərbəst piramida" növü üzrə dünya çempionatı baş tutub. 

25 ölkədən 86 altı idmançının iştirak etdiyi yarışda ölkəmizi 4 idmançı təmsil edib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Bilyard İdman Federasiyası (ABİF) 4 idmançını həmin turnirə göndərib:

Ağayev Seyhun
Məmmədov Vasif
Məmmədov Seymur
Quliyev Tofiq

Azərbaycanlı idman ustası Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə Dünya çempionatında ikinci olub.


Adalet.az xəbər verir ki, həmyerlimiz yalnız finalda rusiyalı bilyard ustası Semyon Zayçevə məğlub olub. Buna qədər o, qırğız idmançını məğlub edərək finala vəsiqə qazanmışdı.

Qeyd edək ki, Azərbaycan Bilyard İdman Federasiyasının prezidenti Emil Tağıyev bu vəzifədə yeni olmağına baxmayaraq əla nəticə göstərib. İdmançımızın bu uğuru ölkə tariximizdə ilkdir.

Bilyard İdman Federasiyası (ABİF) vitse prezidenti Kənan Məmmədovun sözlərinə görə, çempionata idmançılarımız  çox yüksək səviyyədə hazırlaşmışdılar. O, bilyard üzrə çempionatların tez-tez keçiriləcəyinə və bu oyunlarda idmançılarımızın öz peşəkarlığını bir daha sübüt edəcəklərinə ümid etdiyini bildirib.










İmza:
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK