adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Avqust 2019 15:16
45659
İDMAN
A- A+

Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə Dünya ikincisi oldu -Foto+ Video

7-14 avqust tarixində Qırğızıstanın Çolpon-Ata şəhərində bilyard üzrə "Sərbəst piramida" növü üzrə dünya çempionatı baş tutub. 

25 ölkədən 86 altı idmançının iştirak etdiyi yarışda ölkəmizi 4 idmançı təmsil edib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Bilyard İdman Federasiyası (ABİF) 4 idmançını həmin turnirə göndərib:

Ağayev Seyhun
Məmmədov Vasif
Məmmədov Seymur
Quliyev Tofiq

Azərbaycanlı idman ustası Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə Dünya çempionatında ikinci olub.


Adalet.az xəbər verir ki, həmyerlimiz yalnız finalda rusiyalı bilyard ustası Semyon Zayçevə məğlub olub. Buna qədər o, qırğız idmançını məğlub edərək finala vəsiqə qazanmışdı.

Qeyd edək ki, Azərbaycan Bilyard İdman Federasiyasının prezidenti Emil Tağıyev bu vəzifədə yeni olmağına baxmayaraq əla nəticə göstərib. İdmançımızın bu uğuru ölkə tariximizdə ilkdir.

Bilyard İdman Federasiyası (ABİF) vitse prezidenti Kənan Məmmədovun sözlərinə görə, çempionata idmançılarımız  çox yüksək səviyyədə hazırlaşmışdılar. O, bilyard üzrə çempionatların tez-tez keçiriləcəyinə və bu oyunlarda idmançılarımızın öz peşəkarlığını bir daha sübüt edəcəklərinə ümid etdiyini bildirib.