adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Avqust 2019 14:33
9406
GÜNDƏM
A- A+

SOCAR Ukraynada yeni yanacaqdoldurma məntəqəsi açdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın paytaxtı Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi açıb.

Bu barədə Trend-ə "SOCAR Energy Ukraine” şirkətindən məlumat veriblər.

Yeni məntəqə Stoliçnoye şosse, 100 ünvanında yerləşir.

Yanacaqdoldurma məntəqəsində A-92, A-95, eləcə də, Nano-A 98, A 95, "Diesel Nano” və "Diesel Nano Extra” yanacaqları müştərilərə təklif olunacaq.

Bu stansiya SOCAR-ın Ukraynada sayca 60-cı yanacaqdoldurma məntəqəsidir.