adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Avqust 2019 15:14
16339
ELM VƏ TƏHSİL
A- A+

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi tanıtım video çarxın çəkilişinə start verir

"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Müdafiə Nazirliyinə müraciət edib. Bunu KİV-ə açıqlamasında təşkilat sədri Rövşən Ağamalıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel şəhidlərinin təbliği” layihəsi çərçivəsində hazırlanacaq filmlə bağlı Müdafiə Nazirliyinə müraciət olunub. Nazirliyə müraciət etməkdə məqsəd aprel şəhidlərinin sayının dəqiqləşdirilməsidir.

R.Ağamalıyev artıq nazirlikdən müsbət cavab əldə olunduğunu da vurğulayıb. Bildirib ki, surdo tərcümə ilə video çarxın çəkilişi həyata keçirilir. Qeyd edək ki, video çarxın çəkilişi üçün SİA.TV ilə müqavilə bağlanılıb.

Onu da qeyd edək ki, təşkilat bundan öncə də Müstəqil Azərbaycanın 25 illiyi ilə bağlı sənədli filmin çəkilişini və bu filmin geniş ictimayyət arasında təbliğini həyata keçirib.Bundan əlavə təşkilat Milli Qəhrəman Ələkbər Əliyev barəsində də sənədli filmin çəkilişlərini həyata keçirib. 2017-ci ildə isə Aprel şəhidi Fəxrəddin Qurbanlı ilə bağlı qısametrajlı film hazırlanıb və filmin geniş təqdimatları keçirilib.