Faiq QİSMƏTOĞLU: DOST SEVİNCİ

FAİQ QİSMƏTOĞLU
43688 | 2019-08-15 12:56

... Dünyadayaxşı dostlar nə qədər çox olsa, onların işığı, onların nuru ətrafındakılarında üstünə düşər. Çünki yaxşı dostlar, yaxşı insanlar, yaxşı adamlar həmişəhaqqın, ədalətin, işığın yanında olublar. Onların bir kəlməsi, bir sözü bəzən çətinvəziyyətdə olan insanın qəlbində yaşamaq eşqini daha da gücləndirir. Belədostlar yəqin ki, hamının əhatəsində var...

Mənim dəuzun illər, daha doğrusu, 30 il qonşuluq və dostluq elədiyim çox böyük ziyalı,gözəl insan, hamıya öz sevgisini və istəyini paylayan bir dostum var – SəməndərEyvaz oğlu Məmmədov! İnanın, onu tanıyanlar həmişə bu böyük ziyalınınetibarından, sadəliyindən və səmimiyyətindən ağızdolusu danışırlar. Qonşuluqdaelə bir adam olmayıb ki, onun çətin günündə Səməndər müəllim yaxasını çəkib kənardadursun. Xeyirdə, şərdə biz həmişə onu caamatın içərisində görmüşük. Özü dəcamaata elə yaxşılıqlıar edər ki, onu heç vaxt dilinə gətirməz. Mənim də ənağır günümdə, ən çətin anımda yanımda olub. İstər xəstələnəndə, istərsə dəövladımın sıxıntısı olanda xəbərim olmadan mənəvi və maddi dəstək verib. Yənio, dostluqda, qonşuluqda və yoldaşlıqda elədiyi yaxşılıq müqabilində heç bir təmənnagüdməyən böyük bir ziyalıdır.

SəməndərMəmmədov sözün həqiqi mənasında böyük pedaqoq, böyük ziyalı, böyük insandı.Ömrünün 40 ildən çoxunu təhsil sisteminə həsr edib. Və həmişə də ömürdən ötəngünlər üçün heç vaxt təəssüflənməyib. Əksinə, qürur duyub ki, arxada qalan illəriçox mənalı keçib, ömrünü və gününü Azərbaycan təhsilinə xərcləyib. Zarafatdeyil, uzun illərdir ki, o, Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbə rəhbərlikedir. Bu kollektivə gələn gündən məktəb hər il təhsildə çox böyük uğurlara imzaatıb. Bu gün Səməndər müəllimin dərs dediyi yüzlərlə məzun ali təhsil alaraqrespublikamızda məsul vəzifələrdə çalışır. Və Səməndər müəllim də onlarla fəxredir, qürur duyur.


Bu böyükziyalı təkcə pedaqoji fəaliyyətlə, müəllimliklə, direktorluqla kifayətlənməyib.O, çox istedadlı və savadlı bir şair, bir publisist, bir yazardı. AzərbaycanYazıçılar Birliyinin üzvüdür, Prezident təqaüdçüsüdü. Səməndər müəllimin böyükuğurları "Qızıl qələm”, "Abdulla Şaiq” və "Araz” ali ədəbi mükafatlarılaureatı, "Qabaqcıl təhsil işçisi” mükafatları ilə qiymətləndirilib.

Onunindiyədək "Faxralı”, "Bir durna ayrıldı öz qatarından”, "Payız çiçəyi”, "Ümidqapısı”, "Coşqun çay kimi”, "Bir gəncin taleyi alt-üst olursa”, "Faxralı təkağır elim var mənim”, "Nur çiləyənlər”, "Ləkəsiz bir vicdan, böyük bir ürək”,"Pedaqoji düşüncələr”, üç cilidlik "Ağır elsən, Borçalıda adın var”, "El sevəni,aləm sevər” kitabının dörd cilidi, "İşıq ömrü yaşadı...” və "Faxralılar”kitabları işıq üzü görüb. Və bu kitabların hər birinə böyük oxucu kütləsi tərəfindənsevgiylə yanaşılıb.

İstedadlıyazarın çox gözəl bir publisist yazısı - "Kremlə sancılmış türk bayrağı” UluÖndər Heydər Əliyevə həsr edilib. Bu publisist yazı respublika müsabiqəsindəbirinci yerə çıxıb və mükafata layiq görülüb. Ümumiyyətlə, Səməndər Məmmədovhansı mövzuda yazı qələmə alıbsa, onun hamısı öz orijinallığı, səmimiyyəti, dilvə üslubu ilə seçilib. Bu mənada onun "Müəllimlər müəllimi”, "Aləm bilir möcüzədirZəlimxan”, "Böyük söz fatehi” və digər yazıları sözün həqiqi mənasında sənətnümunəsi sayıla bilər.

Təsadüfideyil ki, xalq şairi Zəlimxan Yaqub Səməndər Məmmədov haqqında çox unikal birfikir səsləndirib. O deyib ki, Səməndər Məmmədov dolu adamdır və Zəlimxanın gəzənkitabxanasıdır. Bu sözdə çox böyük həqiqət var. Çox yox, cəmi 10-15 dəqiqə söhbəteləmək bəs eləyir ki, Səməndər Məmmədovun söz dünyasının, bal dünyasının dadınıhiss edəsən. Çünki bu 10-15 dəqiqədə səninlə elə şirin söhbət edəcək ki, 1-2saat vaxtın necə gəlib getdiyini hiss etməyəcəksən. Hiss elədiyin o olacaq ki,söz dünyasına düşmüsən, bal kimi hikmətli, düzlu, məzəli, yumorlu söhbətlər eşidirsən,onun sözünün, söhbətinin ətrini hiss edirsən, rənglərin içərisində ruhun və qəlbinsakitləşir, dərddən, qəmdən uzaq olmusan və şirin bir nağıllar aləmindəsən...

Bu cürziyalılar tək özləri üçün deyil, el-obası üçün qənimət adamdılar. Mən də Füzulini,Bəhmənlini çox istəyirəm. Hər ay da olmasa, iki aydan bir ata yurduna gedirəm.Amma Səməndər Məmmədov məndən də qat-qat çox Borçalını, böyüyüb boya-başaçatdığı Faxralını sevir. Bu yurdla bağlı neçə-neçə kitablar ərsəyə gətirib.Sevgisini, məhəbbətini yazıya, kitaba çevirməyi bacarıb. Bir az vaxtı olan kimiBorçalıya üz tutur, Faxralıya baş çəkir. Oranın ətrini, havasını ciyərinə çəkibBakıya qayıdır. Qayıdanda görürəm ki, rəngi, ruhu təzələnib. O dəqiqə bilirəmki, vətəndən qayıdıb...

SəməndərMəmmədov həm də çalışdığı, işlədiyi Bakı şəhərindəki Sabunçu rayonunun ictimaihəyatında yaxından iştirak edir. Rayonun elə bir tədbiri olmur ki, Səməndər müəllimora dəvət almasın və çox vaxt da öz gözəl, yaddaqalan çıxışı ilə görüşiştirakçılarını təəccübləndirməsin. Onu həm işlədiyi kollektivdə, həm dərayonda tanıyanlar böyük ürək sahibi kimi xatırlayır. Daha doğrusu, bu böyükziyalını çox istəyirlər. Elə Sabunçu rayon icra hakimiyyətinin başçısı cənabAdil Vəliyev də Səməndər Məmmədova bir ziyalı, bir pedaqoq, bir məktəb rəhbərikimi hörmətlə yanaşır. Dəfələrlə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanınalayiq görülüb.

Bu günlərdəisə Səməndər Eyvaz oğlu Məmmədov prezident İlham Əliyevin 27 may 2019-cu il1205 nömrəli sərəncamı ilə "Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltifedilib. Həmin medalı ona rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev təqdimedib. Təbii ki, bu mükafat heç də asanlıqla əldə edilməyib. Bu, Səməndər Məmmədovunuzun illər Sabunçu rayonunun ictimai həyatında fəal iştirak etməsi, qabaqcıl təhsilişçisi və bacarıqlı direktor olması ilə bağlıdır.

O, bumükafata görə, öncə cənab prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi,Bizimlə söhbətində Səməndər müəllim dedi ki, prezident İlham Əliyev dəfələrləbizim rayonda olmuş, sosial obyektlərin və təhsil müəssisələrinin açılışındaiştirak etmişdi. Bu onu göstərir ki, cənab prezident insanlara və təhsilə çoxböyük qayğı göstərir. Elə mənim rəhbərlik etdiyim məktəb də böyük qayğının nəticəsindəəsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib. O cümlədənrayon icra hakimiyyətinin başçısı Adil Vəliyev də məktəbimizə və bizə diqqətgöstərib. Dəfələrlə kollektivimizə baş çəkib, bizim problemlərimizləmaraqlanıb. Təbii ki, bütün məsələlər də qısa zaman kəsiyində öz həllini tapıb.

Dostsevinci gözəl olur. Mən də uzun illər qonşuluq və dostluq elədiyim böyükziyalı, böyük pedaqoq, böyük insan Səməndər Məmmədovun "Xalq Cümhuriyyətinin100 illiyi” medalı alması münasibətilə təbrik edir, ona can sağlığı arzulayır vəuzun ömür diləyirəm. Deyirəm ki, Səməndər müəllim, sənin əməlinə və ürəyinə görə,mükafatını bundan sonra da qoy Allah versin. Çünki Allahın verdiyi mükafatinsan üçün çox dəyərli və çox qiymətlidi. Ona görə ki, Səməndər müəllim bumükafatlara layiq ziyalıdır. O bu ucalığa qalxdıqca daha da sadələşir, daha daböyük görünür. Həmişə ucalıqda olasan, qardaş!..


TƏQVİM / ARXİV