adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Avqust 2019 11:32
32796
DÜNYA
A- A+

Rusiyada quşlar təyyarənin mühərrikinə girdi - 23 nəfər yaralandı

Rusiyanın "Ural Hava Yolları”na məxsus, Moskva-Simferopol reysi ilə uçan A-321 təyyarəsi Jukovski hava limanının ərazisinə qəza enişi edib.

Federal Hava Nəqliyyatı Agentliyindən verilən məlumata görə, təyyarə uçuşa başlayandan az sonra mühərrikinə quşlar daxil olub.

Pilotlar təyyarəni ən yaxın əraziyə endirmək qərarına gəliblər.

Təyyarənin göyərtəsində 7 ekipaj üzvü olmaqla 234 nəfər olub. Onların hamısı təxliyə edilib.

Təcili yardımdanTASS-a bildirilib ki, hadisə nəticəsində 9 uşaq olmaqla, 23 nəfər xəsarət alıb.