adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Avqust 2019 10:26
56235
TEXNOLOGİYA
A- A+

Ordumuzda olan Xorvatiya istehsalı MƏRMİATAN snayper silahı

Azərbaycan Dövlət Sərhəd Xidməti Xorvatiya istehsalı olan yeni snayper silahı alıb.

Trend-in məlumatına görə, Maks M-4 snayper silahı 12.7x 99 mm çaplıdır. Silah 2500 metrlik məsafədə hədəfi dəqiq vurmaqla məhv edə bilir. Silahın darağı 5 ədəd güllə tutur. Snayper, həmçinin 12,77 mm-lik partlayan mərmi də ata bilir. 13,55 kiloqram çəkiyə malik olan silahın uzunluğu 1475 mm-dir. Silahın gülləsinin sürəti 875 m/saniyədir. Silah Amerika Birləşmiş Ştatlarının istehsalı olan optik nişangahla təchiz olunub.

Snayper artıq Dövlət Sərhəd Xidmətinin silahlanmasına daxil edilib və istifadəsinə başlanılıb.