adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Avqust 2019 10:23
29929
DÜNYA
A- A+

Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi

Həcc ziyarətində müsəlman zəvvar qadınlar səkkizuşaq dünyaya gətiriblər.

"Arabnews”xəbər verir ki, Məkkədə Doğum və Uşaq Xəstəxanasında beş, Ərafatda iki, Minada isə bir doğum qeydə alınıb.

40 yaşlı liviyalı zəvvar qadın Suad Məhəmməd Barbuş Ərafat xəstəxanasında oğlan uşağı dünyaya gətirib və ona Ərafat adı qoyub.

23 yaşlı müsəlman qadın Maymuna Əli isə Qvineyadandır.O, Ərafat dağına qalxdıqdan bir neçə saat sonra oğlan uşağı dünyaya gətirib.

Valideynlər uşağa Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd Salmanın adını veriblər.