hacklink Adalet.az | Sərhəd mühafizəsi barədə ictimaiyyətə geniş məlumat verilib Adalet.az | Sərhəd mühafizəsi barədə ictimaiyyətə geniş məlumat verilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sərhəd mühafizəsi barədə ictimaiyyətə geniş məlumat verilib

4815    |   2019-08-14 17:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş silsilə bayram tədbirləri davam edir.

Bu gün Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında "Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri keçirilib.

Bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə inkişafı və əldə etdiyi xidməti nailiyyətlər haqqında tədbir iştırakçıları geniş məlumatlandırılır, şəhər sakinlərinə, xüsusən də gənclərə və yeniyetmələrə Azərbaycan Respublikasının dövlət sərhədləri, sərhəd mühafizə tarixi, dövlət sərhədinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sərhəd mühafizə avadanlığı haqqında ətraflı məlumatlar verilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçuş aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş olunub.

Tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların yanında şəkil çəkdirmək, səhra mətbəxində əsgər yeməyindən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılıb.




İmza:

“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

Bakıətrafı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

Gəncədə antisanitar şəraitdə olan toyuq emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Coğrafiya İnstitutu - Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb

Faiq QİSMƏTOĞLU: O AĞACLAR...

Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib

FHN: Yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir

Valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb

Bakıda Əbu Bəkr məscidinin açılması nəzərdə tutulur

Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi

Məcburi köçkünlərin “Qobu Park-2”yə yerləşdirilməsi başa çatıb

SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK