adalet.az header logo
  • Bakı 11°C
08 Avqust 2019 17:07
10368
MƏMLƏKƏT
A- A+

“Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Saatlı rayonunda təlim keçirib

"Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə 08/08/2019-cu il tarixində Saatlı rayonunda "Aran regionunda istehsal və xidmət sektorunda kiçik ailə biznesinə konsultativ dəstəyin göstərilməsi” adlı layihə çərçivəsində təlim keçirib .

Layihə rəhbəri Vidadi Quliyev bildirib ki, Son iki ildə təşkilat tərəfindən bölgədə həyata keçirilən layihələr çərçivəsində sorğular keçirilib. Bu sorğularda özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsinə cəlb olunan kiçik sahibkarlar, ailə təsərrüfatları da iştirak edib. Onlar daha çox məhz qeyd edilən biznes konsaltiq xidmətlərinə ehtiyacı olduqlarını bildiriblər. Bu layihənin məqsədi Aran bölgəsində istehsal və xidmət sektorunda kiçik ailə biznesinin inkişafına yardım göstərilməsidir

Layihənin müddəti 4 aydır