adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Avqust 2019 16:04
27705
ƏDƏBİYYAT
A- A+

Kəmalə Abıyeva Belarus dilindən çevirdi

Belarusiyanın Xalq şairi (1926) Yakub Kolas 3 noyabr 1882- ci ildə anadan olmuşdur. Aydın dili və maraqlı yazı üslubu onu oxuculara sevdirib. Kənd həyatından bəhs edən şeir və hekayələri sadəliyi ilə Belarus kəndlilərinin sevgisini qazanıb. Yakub Kolas özü də zəhmətkeş kəndlilərə, ümumiyyətlə kənd həyatına rəğbət bəsləyib. Belarus dilində "taxıl qulağı” mənasını verən "Kolas” ləqəbi götürməsi də təsadüf deyil. "Əsirlik mahnıları”, "Kədər nəğmələri”, "Yeni torpaq” və s. kimi şeir toplularının, eləcə də bir çox hekayə və pyeslərin müəllifidir. 1946 və 1949 - cu illərdə Stalin mükafatına layiq görülmüşdür. 13 avqust 1956 – cı ildə Minskdə vəfat etmişdir. Belaruslar üçün bu gün də onun xatirəsi əzizdir. Biz də bu gün "Ədaələt”in oxucuları ilə ilə birlikdə bu dəyərli ziyalının – şair, yazıçı, tərcüməçi, akademikin xatirəsini ehtiramla yad edirik.

ÜZÜLMƏ

Üzülmə payız gəlir 
günəş erkəndən batır,
günün ömrü qısalır, 
gecələrsə uzanır.
topa- topa buludlar 
yerə kölgələr salır.

Üzülmə , dərd etmə ki, 
soyuq qışda yağan qar 
torpağa örtük sərir, 
baxışlardan gizləyir. 
Düşünmə ömrümüzü 
qaranlıqlar izləyir.

heç qorxutmasın 
səni kədərli qaranlıqlar.
işıqlı sabahlar var.
Yenə gələcək bahar 
Günəş göydən güləcək
Torpaq çiçəkləyəcək.

Gecə tək gizləyəndə 
günəşi göy üzündə 
dəstə-dəstə buludlar 
qəm yağmasın gözündən.
Duman kimi dağılar 
bir gün bütün əzablar

Vətənin göylərində 
yenə günəş parlayar.
qaranlıqlar məhv olar.
Hər günümüz 
günəşin işığına açılar,
Xoşbəxt olar bu diyar.

1907

РОДНЫЕ ОБРАЗЫ

Образы милые краю родного,

Грусть моя, радость моя!

Сердце стремится к вам снова и снова,

Чем же прикован к вам я?

Речки, курганы, пригорки и дали,

Поле и лес мой родной,

Полные грусти и горькой печали,

Веете скорбной красой.

Только усталые веки смежаю,

В городе, здесь, в тишине,

Образы милые, вас созерцаю,

Вы прилетели ко мне.

Слышится шорох желтеющей нивы,

Трепетный голос полей,

Леса дремучего шум-гуд счастливый,

Песня дубовых ветвей...

Помню вас, братья мои сиротливые,

Помню вас, люди труда,

Песни страданья, песни тоскливые,

Слышу и помню всегда.

Пераклад Е.Цвелева

DOĞMALAR

Hər daşında əziz, doğma yerlərin 
neçə kədərim var neçə sevincim.
Xatirələr kövrək-kövrək boylanır, 
o yerlərdən ayrılmayır ürəyim.

Çaylar,dağlar, yaşıl -yaşıl meşələr,
O dərələr, o təpələr, o çöllər,
gözümdən getməyir bircə an belə
Mənimtək darıxan o gözəlliklər.

Şəhərin mürgülü tənhalığında 
yorğun kipriklərim yumulan zaman
qızılı zəmilər gəlir yuxuma, 
meşələrin sirli xışıltıları,
palıd ağaclarının pıçıltıları 
dönür ən müqəddəs,şirin laylama.

Zəhmətsevərlərim, əziz dostlarım
sizi də hər zaman xatırlayıram.
həzin nəğmə kimi ruhumdasınız 
Sizi bircə an da mən unutmuram.

1908