Əbülfət MƏDƏTOĞLU: O, HƏMİŞƏ ÖN SIRADADI

ƏBÜLFƏT MƏDƏTOĞLU
45834 | 2019-08-14 16:03

Hər dəfəköhnə dostları, ağsaqqaları, dəyərli ziyalıları görəndə özümdən xəbərsiz mən dəötən günlərə çıxıb gedirəm . Elə bil ki, hansısa bir güc, hansısa bir dalga məniBakıdan qovub çıxarır. Və yaxud da bir maqnit dalğası çəkir məni özünə. Odalğanın gücüylə həmin görüşdüyüm, hal-xoş etdiyim insanın ömür yoluna, dahadoğrusu, bizim kəsişən yolumuza gedib çıxıram və görürəm ki...

MənAslan Mehdiyevi hələ orta məktəb illərindən tanıyıram. O, Sovet dönəminin çoxönəmli qurumlarından biri olan Komsomola rəhbərlik edirdi. Bir az da dəqiq desəm,Füzuli rayon Komsomol Komitəsunin birinci katibi idi. Təbii ki, orta məktəbinyuxarı sinif şagirdləri də komsomolçu gənclər olduqlarından onlar öz liderlərini,rəhbərlərini tanıyırdılar. Mən də bu günxatirələrin ətəyindən tutduğum anda Füzuli rayonunda komsomolçu gənclərə rəhbərliketmiş Nəbi Muxtarovun, Telman Qasımovun, Teymur *** yaxşı xatırlayıram. Və həttaqarşılaşanda o günlərin xoş təəssüratını yenidən yaşayıram. Bax, elə həmin oxoş təəssüratların ən gözəl anlarından biri də məhz Aslan Mehdiyevləbağlıdır...

Eləburadaca xatırladım ki, hələ universitet illərindən Aslan müəllimin həm MərkəziKomitədə, həm müxtəlif rayonlarda məsul vəzifələrdə işlədiyini bilirdim.Qarabağ hadisələrinin ilk aylarında Aslan müəllimi Füzuli rayonuna rəhbəriliyəgətirdilər. O, birinci katib kimi özünə doğma olan, necə deyərlər, həyat yoluuğurlara tərəf istiqamət götürən Füzulidə ağır, amma şərəfli bir məmur həyatı yaşadı.Yəni düşmənlə üz-üzə, hər gün hadisələrin içərisində olmasına baxmayaraq, AslanMehdiyev füzuliləri özünə dayaq, özünü də onlara seçilən bir övlad kimi təsdiqlədi.Zaman göstərdi ki, bu insan el-oba üçün doğulub, torpaq üçün doğulubdu.

Mənimkifayət qədər həmsöhbət olduğum, ən ağır şəraitdə yanında dayandığım, hərəkətləriniizləyib, göstərişlərini eşitdiyim Aslanmüəllim sözümü deməyi bacaran, iradəsini ortaya qoymaqdan çəkinməyn bir rayon rəhbəriidi. Onun barəsində mən hər dəfə nəsə yazmağa başlayanda Xankəndinə səfərlərimizixüsusi xatırlayıram. Bu gün isə Aslan Mehdiyevlə bağlı fikirlərimi sizinləbölüşməyimin səbəbi eşitdiyim xoş bir xəbərdi. Dostlardan öyrəndim ki, ölkəPrezidentinin 27 may 2019-cu il 1205 nömrəli sərəncamı ilə Aslan Mehdiyevə"Xalq Cümhuriyyətinin 100 illiyi” medalı verilib. Həmin medalı və onun 1-523nömrəli vəsiqəsini Aslan müəllimə Binəqədi rayon İcra Hakimiyyətinin başcısıElxan Allahverdiyev təqdim edibdi. Təbii ki, bir dost kimi mən bu sevincə mütləqöz münasibətimi bildirməli idim. Ona görə də çox dəyərli Aslan müəllimi təbriketməklə yanaşı, həm də qeyd etmək istəyirəm ki, o, bu gün də yaşadığı Binəqədirayonu ərazisində öz ictimai-sosial fəallığı ilə seçilir. Bir ağsaqqal kimionun səsi, sözü hər yerdə dinlənilir, eşidilir. Onun Binəqədi rayon İcraHakimiyyəti yanındakı İctimai Şuraya rəhbərlik etməyə imkan verir ki, o, gənclərində, veteranların da, bütövlükdə isə rayonun dəyərli bir ziyalısı kimi həmişəsayılsın, seçilsin, öndə olsun.

Çox hörmətliAslan müəllim, mən inanıram ki, Siz həmişə olduğu kimi bundan sonra da ön cərgədəolacaqsınız. Və tam əminəm ki, bu ön cərgə sizin layiq olduğunuz yerdi.

TƏQVİM / ARXİV