adalet.az header logo
  • Bakı 20°C
14 Avqust 2019 14:00
29911
İDMAN
A- A+

Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"

Millət vəkili Aqil Abbas "Qarabağ"ın "APOEL" məğlubiyyətindən sonra fikirlərini bölüşüb:

"Bu futboldur qələbə də var, məğlubiyyət də. Baxıram komandamızın əleyhinə danışanlar var. Komanda udanda onu başımızın üstündə gəzdiririk, uduzanda isə ayağımızın altına atmalıyıq?.Düzdür oyunda səhvlər oldu. Bunu qəbul etməliyik. Komanda udar da, uduzar da, amma sevgi həmişə olmalıdır. Qardaş, "Barcelona" uduzur e, "Barselona"! "Real Madrid" də uduzur, lap biabırçı hesabla da. Amma buna görə heç bir azarkeşin komandasına olan sevgisi azalmır, əksinə, artır.

Qurban Qurbanov, səninləyik! "Qarabağ" səninləyik! İnanırıq ki, AvroLiqada sözümüzü deyəcəyik!"