adalet.az header logo
  • Bakı 13°C
14 Avqust 2019 12:44
38286
ƏDƏBİYYAT
A- A+

Nizami GÖYDƏRƏLİ: BURAXIN, DƏRDİMİ YEYİM!

1. Haqqımı ver,

Haqsız Dünya!


Haqqımı ver,

Haqsız Dünya!

Torpağımı, xalqımı ver!

Haqsız Dünya.

Şah İsmayıl Xətaidən miras qalan

ağlımı ver!

Haqsız Dünya!

Haqqımı ver, İranıstan!

Haqqımı ver, Ermənistan!

Firəngistan, haqqımı ver

Torpağımı, xalqımı ver

Haqsız Dünya!

Haqsız Dünya!


İçimdə qardaş həsrəti,

Kükrəyib tufan qoxuyur.

Canım vurdun sərhədə

Tikanları qan qoxuyur.

İçim çölümü görmür,

Özümə meydan oxuyur.

Qalx ayağa, atam oğlu

Çörəyin, suyun qan olub,

İstəmərəm bu çörəyi,

Yemirəm bu zəhrimarı -

Buraxın, dərdimi yeyim,

Buraxın, dərdimi yeyim!


Tanrı bizi yarı bölüb,

dağlar, yoları bölüb,

Çölləri, çayları bölüb,

Bölünməz torpağı bölüb,

İçimdə bir vətən ölüb -

Kəfəni tikanlı məftil,

Başdaşı sərhəd dirəyi -

Necə yeyim bu çörəyi?!

Necə yeyim bu zəhəri

İçimdən dərd məni yeyir

Buraxın, dərdimi yeyim,

Buraxın, dərdimi yeyim!


Yeməyim zəhrimar olub,

Masama baxa bilmirəm.

Qab-qacaq qanla dolub

Kasama baxa bilmirəm.

Qanımdan qan fışqırır

Bir sərhəd yıxa bilmirəm.

Yediyim su zəhrimardı

Yemirəm bu çörəyi mən,

İçmirəm bu zəhrimarı.

Daraşıb dərd məni yeyir -

Buraxın, dərdimi yeyim,

Buraxın, dərdimi yeyim!


2. Sərhədi düşmənlər qoruyur


Oturub varının üstə

Dənizlər mərcan qoruyur.

İgidlər davaya getmir -

İgidlər də can qoyur.


Erməni köpək uşağı